Rusiyada qripin mövsümi artımı başlasa da, Azərbaycanda qripin artımı müşahidə edilmir.
Bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanov Rusiyada epidemioloji sezon dövründə 60-dan çox insanın "donuz qripi"nə yoluxmasına və bu infeksiyanın Azərbaycana keçmə ehtimalına münasibət bildirərkən deyib.
Ş.Məmmədov Azərbaycanda "donuz qripi"nin yayıla bilməsi ilə bağlı narahatlığa əsas görməyib.
Onun sözlərinə görə, qış dövründə qripin yayılmasının qarşısını almaq üçün ona qarşı profilaktik tədbirlər hər il aparılır. "Donuz qripi" ilə adi qripin yoluxma yolları eyni, əlamətləri oxşar olduğundan onlara qarşı həyata keçirilən profilaktik tədbirlər oxşardır. Bu baxımdan, Azərbaycanda "donuz qripi"nə qarşı əlavə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmur və buna ehtiyac da yoxdur.
Ş.Məmmədov əlavə edib ki, əslində, "donuz qripi" - H1N1 virusu adi qripdən daha zəifdir: "Qrip adi asqırmaq, öskürmək deyil. Qrip daha ağır kəskin respirator infeksiyadır. Ona yoluxmanı yalnız laboratoriya təyin edir".
Onun sözlərinə görə, qripdən ölüm halları da "donuz qripi"ndən bir neçə dəfə çoxdur. Adi qripə yoluxma 5 faiz hallarda ölümlə nəticələnsə də, "donuz qripi"ndə ölüm halları 2 faizdən aşağı olur: "Sadəcə olaraq, adi qrip kimi "donuz qripi"nin də tez bir zamanda insanlar arasında yayılma xüsusiyyətləri var. Qış dövründə insanlar qapalı məkanlarda çox olduğundan yayılma da çox olur".
Xəstəliklərə qarşı profilaktik tədbirlərin nələrdən ibarət olduğuna gəldikdə, Ş.Məmmədov deyib ki, qripin əlamətlərini hiss edən şəxslər həkimə müraciət etməli, maska taxmalı, gigiyenik qaydalara əməl etməlidirlər. Xəstəliyi yaymamaqdan ötrü ictimai yerlərdə daha az olmağa çalışmalıdırlar: "İnsanlar sağlam həyat tərzi sürməlidirlər. Orqanizmi möhkəmləndirən qidalar qəbul etməli, siqaret, içkilərin qəbulunu azaltmalı, yaxud da heç istifadə etməməlidirlər. Çünki onlar insanın immun sistemini zəiflədir".
Milli.Az
Sağlamlıq
Rusiyada yayılan "donuz qripi"nin Azərbaycana təhlükəsi - RƏSMİ MÖVQE
27 Fevral 2015 12:34
0 Şərh
Baxış: 2 016
DİGƏR XƏBƏRLƏR
- Qocalmanın qarşısını alır, ürəyi sağlam saxlayır: Bəs kimlərə GİLAS ziyandır?
- Spirtli içki ilə dərman qəbul etməyin, yoxsa...
- Tərs çıxan saqqalı necə düzəltmək olar?
- Tarixdə ilk: İnsan şəkər xəstəliyindən sağaldı
- Səhərlər başımız niyə ağrıyır? - 5 əsas səbəb
- Başgicəllənməsi ilə başlayan təhlükəli xəstəlik – Yaşıl çay içmək vəziyyəti pisləşdirə bilər
XƏBƏR LENTİ
- IQ-sü ən yüksək bürclər
- İşsiz valideynlər alimenti necə ödəyə bilərlər?
- "Başdanxarab adamlardır da, hər sözdə nəsə axtarırlar"
- BMT baş katibindən Rəisi ilə bağlı etiraf...
- ABŞ Ermənistan MN-ə məsləhətçilər göndərəcək
- Bakı-Quba yolunda dəhşətli qəza - tələbə ağır xəsarət aldı - FOTO
- İlon Maskla Trampı nə bağlayır? Prezident seçilsə...
- Qocalmanın qarşısını alır, ürəyi sağlam saxlayır: Bəs kimlərə GİLAS ziyandır?
- Çin bu bloqerləri sosial şəbəkələrdə bloklamağa başlayıb
- Şad Xəbər! Sabahdan Azərbaycanda internet ucuzlaşır - Yeni tariflər
- Onlar bu reallıqla barışmaq istəmirlər - Azər Qarayev
- Ermənistanın mina terroru ən böyük bəşəri cinayətlərdəndir - VİDEO
- Qadını döyüb teıefonunu oğurladı
- Kirayə qaldığı evin 72 minlik əşyalarını satıb - Qumarda uduzdu
- “Azərbaycanda ilk şadlıq evini mən açmışam”
- Ucarda qəza - xəsarət alan var
- “Gec yatmağımı irad bildirdi” - arvadının meyitinin yanında uzanaraq...
- Küveyt Dövlətinin Əmiri İlham Əliyevə təbrik məktubu göndərib
- Peskov: ABŞ müharibəni davam etdirir
- Türkiyədə bu şəxslərə TikTok qadağan edildi
- Bakıda qadın sevgilisini yatdığı yerdə öldürübmüş - YENİLƏNİB - FOTO
- Bəhreynin Baş naziri İlham Əliyevi təbrik edib
- Rəqsanədən əri və oğlu ilə bağlı paylaşım – VİDEO
- Şahin Diniyev: “Onlar seçimlərində azaddırlar” - VİDEO