Sağlamlıq

Bizi yuxusuz qoyan nədir?

13 Oktyabr 2014 20:48
0 Şərh     Baxış: 1 058
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Yuxusuzluğun əsl səbəbi yuxunun keyfiyyətindədir

Yuxu orqanizmin xüsusi vəziyyətidir. İnsanın sağlamlığının ümumi parametrləri yuxunun sağlam olub-olmamasından asılıdır. Yaşlı insanlar arasında yuxusuzluğun əsas səbəbi yuxunun müddətində deyil, onun keyfiyyətindədir.

AzərTAc xarici KİV-lərə istinadla xəbər verir ki, Çikaqo Universitetinin mütəxəssisləri 727 nəfər yaşlı adamın iştirakı ilə apardıqları tədqiqat çərçivəsində məhz belə qənaətə gəliblər. Hər bir iştirakçının rəyi soruşulub və o, aktiqrafiya, insanın hərəkət fəallığının qrafik təsviri, o cümlədən yuxuda fəallıq prosedurundan keçib.

Tədqiqatın nəticələrinə görə, könüllülərin çoxu gecə yeddi saatdan çox yatıb. Adətən insanın dilxor olmaması və özünü yorğun hiss etməməsi üçün bu, kifayətdir. Lakin rəyi soruşulanların 13 faizi etiraf edib ki, onlar çox nadir hallarda yuxudan məmnun qalırlar, alimlər tədqiqat iştirakçılarının 12 faizində yuxuyagetmə problemləri, hər üç könüllüdən birində isə qəfil gecə oyanmaları aşkarlayıblar.

Əldə edilmiş məlumatlara əsasən, alimlər belə nəticəyə gəliblər ki, yuxusuzluq və orqanizmin ümumi vəziyyəti təkcə yuxunun müddətindən deyil, həm də onun keyfiyyətindən asılıdır. Ciddi yuxu pozuntuları zamanı həkimə müraciət etmək lazımdır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.