Sağlamlıq

Azərbaycanda ailədaxili problemlərin həllinə onlar yardım edəcəklər

13 Oktyabr 2014 15:00
0 Şərh     Baxış: 969
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanda ailədaxili problemlərin həlli üçün ailə psixoloqu institutunun yaradılacağı gözlənilir.

Azərbaycan hökumətindən Trend-ə verilən məlumata görə, bu, "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasına uyğun olaraq yeni hazırlanan "Azərbaycan Ailəsi Strategiyası" layihəsindəki təkliflərdən biridir.

Ailə psixoloqu institutunun yaradılması bu gün üçün çox mühüm məsələdir. Çünki mövcud durumda ailədaxili məsələlərin tənzimlənməsi, ailədə normal mühitin yaranması çox vacibdir.

Hesab edilir ki, kənar müdaxiliə olduqda, qadın və kişinin psixoloji, fizioloji uyuşması düzgün olmadıqda ailədəki münasibətlərdə gərginlik yaranır. Bu da sonra münaqişələrə və cinayət hadisələrinin baş verməsinə gətirib çıxarır. Ailə psixoloqu institutlarının yaradılması yolu ilə bu kimi problemlərin həll edilməsi nəzərdə tutulur.

Artıq strategiya layihəsinin işçi qrup səviyyəsində ilk müzakirəsi keçirilib. Sənəd daha da təkmilləşdirildikdən sonra rəy alınması üçün digər dövlət qurumlarına göndəriləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.