Sağlamlıq

Azərbaycanda ana ölümləri ilə bağlı vəziyyətə aydınlıq gətirildi

25 Sentyabr 2014 13:26
1 Şərh     Baxış: 1 171
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda doğuş zamanı ana ölümlərinin sayı ildən-ilə azalır

Trend xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə açıqlamasında deyib.

Səhiyyə nazirinin müavini bildirib ki, 2012-ci ildə ölkədə 34 ana ölümü qeydə alınıb. Ötən il bu rəqəm 25 olub. Bu ilin 9 ayı ərzində isə 18 ana doğuş zamanı ölüb: "Bütün ana ölümləri nazirliyin Doğuşa Yardım Komissiyası tərəfindən araşdırılır. Günahı olan şəxslər cəzalandırılır. Ana ölümü olmayan ölkələr yoxdur. Lakin biz bu rəqəmin aşağı olmasına çalışmalıyıq".

E.Ağayev bununla bağlı əhaliyə həkimə vaxtında müraciət etmələrini, insanların, xüsusən də gənc anaların öz sağlamlığına diqqətlə yanaşmalarını tövsiyə edib

O, həmçinin qeyd edib ki, Azərbaycan təbii artıma görə Avropa ölkələri arasında birinci yeri tutur: "Azərbaycanda artım əmsalı 12,8-dir. Bu da doğuşların sayının ildən-ilə artdığını göstərir. Ötən il ərzində ölkədə 170 mindən artıq uşaq doğulub".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.