Ebola vaksini tapıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Eksperimental ebola vaksini üzərində hazırlıq işləri sürətləndirilib. Bu isə o deməkdir ki, yaxın günlərdə vaksin insanlar üzərində sınaqdan keçiriləcək.Əgər sınaqlar uğurlu keçsə, onda dərhal kütləvi istehsala başlanılacaq
Anspress-in məlumatına görə, Britaniyada yerləşən dərman şirkəti GlaxoSmithKline vaksinin Britaniyada və ABŞ-da sağlam könüllülərə vurulacağını xəbər verir. Peyvənd sentyabrın ortasında həmin könüllülər, daha sonra isə Qambiya və Mali sakinləri üzərində sınanacaq.
GlaxoSmithKline hazırda ABŞ Səhiyyə İnstitutları (NIH) ilə birgə vaksin üzərində işləyir ki, bu, Britaniyada yerləşən "Wellcome Trust" xeyriyyə təşkilatının köməyi ilə sınaqdan keçiriləcək.
GlaxoSmithKline bildirir ki, vaksin ebolanın hazırda Qərbi Afrikada dolaşan Zair variantına qarşı qorunmaqda kömək edəcək.
Şirkət ilkin olaraq kliniki testlər üçün vaksinin 10,000 dozasını istehsal edəcək. Əgər sınaqlar uğurlu keçsə, onda dərhal kütləvi istehsala başlanılacaq.
Qeyd edək ki, Qərbi Afrikada baş qaldıran ebola epidemiyası indiyədək azı 1 552 adamın həyatına son qoyub.
Ebola virusu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən "bəşər tarixinin ən qəddar virus xəstəliyi" adını alıb. Bu virusun 5 müxtəlif tipi var və yoluxanların həyatda qalma şansı 25 faizdən 90 faizədək dəyişir. Ebola virusuna qarşı hələ ki, heç bir təsdiq edilmiş peyvənd növü mövcud deyil.
İnfeksiyaya yoluxmanın ilk əlamətləri bədən hərarətinin qəfil yüksəlməsi, əzələ ağrıları, ümumi halsızlıq, başağrısı və boğaz iltihabıdır. Növbəti mərhələdə xəstədə qusma, ishal, bədəndə səpki, böyrək nasazlığı və qaraciyər fəaliyyətində problemlər müşahidə olunur. Bəzi hallarda xəstədə daxili və xarici qanaxmalar baş verə bilər. Hələ ki, bu infeksiyanın qarşısını ala biləcək heç bir müalicə və vaksin yoxdur.
Hazırda bir neçə vaksin üzərində tədqiqat işləri görülsə də hələ ki, heç biri dəqiq müalicə üçün təsdiqini tapmayıb.
"Zmapp" adlı vaksin iki amerikalı xəstə üzərində sınaqdan keçirilib və onların vəziyyətində yaxşılaşma müşahidə olunub. Lakin, həmin vaksin ispaniyalı xəstə üzərində təsirsiz olub və onun həyatını xilas etmək mümkün olmayıb. Bu səbəbdən bu vaksinin effektivliyi dəqiq təsdiqini tapmayıb. Buna baxmayaraq Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) eksperimental dərmanların istifadəsinə icazə verib.
Xəstəliyin kritik mərhələsini yaşayan xəstələr intensiv nəzarət altında saxlanılırlar. Sürətlə maye itirən xəstələrin orqanizminə elektrolit və damardaxili injeksiya yolu ilə maye daxil edilir. ABŞ dərman şirkəti tərəfindən inkişaf etdirilən "Zmapp" vaksinləri artıq qərbi Afrikaya göndərilib. Şirkət bildirib ki, dərmanlardan istifadə pulsuzdur.
Qeyd edək ki, ÜST hər hansı bir müalicə üsulu sübut olunmayan və peyvəndi olmayan Ebola epidemiyasıyla mübarizə üçün fövqəladə vəziyyət elan edib. 4-5 sentyabr tarixində potensial Ebola müalicəsi və peyvəndləri haqqında Cenevrə ÜST mərkəzində məsləhət konfransı keçiriləcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Sabah Naxçıvanın bir sıra ərazilərində işıq kəsiləcək
-
Məktəblərdə vahid geyim qaydaları: dünyəvi təhsil, dövlətçilik və milli maraqlar
-
Azərbaycana gələn turistlərin xərcləri 16 %-ə yaxın azalıb
-
Röyanın həmkarına təyyarədə sözləri diqqət çəkdi: "Səni kluba aparacaqdım" - (Video)
-
Paltaryuyan maşında problem tapılmırsa, səbəb nə ola bilər?
-
Nəfəsin bu görüntüsü tənqid edildi - (Video)
-
Anar Hacıyev “Qarabağ”dakı vəzifəsindən ayrıldı
-
Ucarda sərnişin avtobusu yandı
-
Hava kəskin dəyişir - Xəbərdarlıq edildi
-
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - (Foto)
-
Şöhrət Məmmədov Azərbaycanla vidalaşdı – (Video)
-
Türkiyəli məşhur aktyor vəfat edib
-
Azadlıq prospektində yeni zolaq təşkil edildi
-
Zeedorfun yeni iş yeri bəlli oldu
-
Sabah yola çıxanlar bunu nəzərə alsın
-
"6, 7 yaşında uşaqların başını bağlamağa nə ehtiyac var?"
-
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib - (Foto)
-
Pakistanda hərbi təlim təyyarəsi qəzaya uğradı, iki pilot həlak oldu
-
Elçin Hüseynov Cengiz Kurtoğlu ilə bir arada - (Video)
-
“Qalatasaray” - “Barselona” oyunu öncəsi 9 nəfər saxlanıldı
-
Arda Turanla danışıqların detalları bəlli oldu
-
Tacir Şahmalıoğlu səhhəti ilə bağlı danışdı: “O şəkilləri silin!” - (Video)
-
Hicab bəhanəsi ilə məktəblərə hücum: SEPAH-ın Azərbaycan üzərindən qurduğu təhlükəli oyun
-
Azərbaycanla Slovakiya arasında məxfi məlumatların mühafizəsi haqqında saziş təsdiqlənib





