Sağlamlıq

Təhlükəli virus paytaxt sakinlərini qorxuya salıb

30 İyul 2014 17:32
4 Şərh     Baxış: 4 488
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Paytaxtda göy ökürək xəstəliyi yayılıb. Bu xəstəlik tək uşaqlara deyil, böyüklərə də keçir.

Milli.Az xəbər verir ki, bu barədə Day.Az-a məktub yazan oxucu qeyd edib.

"Mənim qızımın 5 yaşı var. O göy öskürəyə tutulub. Bu yaxınlarda 56 yaşlı anam da yoluxmuşdu. Demək istəyirəm ki, çox adam yoluxub. Hər gün kiminsə xəstələndiyini eşidirəm. Ancaq bu barədə yerli mətbuat heç nə yazmır. Hər gün daha çox insan bu xəstəliyə yoluxur. Xəstəlik südəmər körpələr üçün daha təhlükəlidir", - o əlavə edib.

Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Respublika Gigiena və Epidemiologiya Mərkəzinin baş direktor müavini Afaq Əliyeva ilə əlaqə saxlayıb.

Onun sözlərinə görə, göy öskürəyin simptomlarını dəqiq bilməyən, həkimlik təcrübəsi olmayan adamlar xəstəlik barədə belə şayiələr yayırlar. Həmin məlumatlar həqiqətə uyğun deyil.

"Misal üçün, əgər uşaq öskürürsə, bu, hələ o demək deyil ki, o, göy öskürəyə yoluxub. Bu diaqnozu qoymaq üçün həkim analizi, laboratoriya araşdırması lazımdır. Uşaq öskürən kimi, ya da tələffüz orqanlarında problem yaranan kimi nəticə çıxarırlar ki, bu, göy öskürəkdir. Ancaq belə deyil. Dəqiq diaqnozu həkim qoya bilər. İlin əvvəlinə qədər respublika ərazisində bu xəstəliyə rast gəlinməyib", - o əlavə edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.