Sağlamlıq

Dəhşətli xəstəlik yenidən yayıldı - FOTO

30 İyul 2014 11:20
12 Şərh     Baxış: 7 626
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Biz etməsək, kim edəcək?! Kimsə risk etməli, bu insanlara yardım etməlidir".

Maskasını çıxaran həkim bunları deyəndən sonra yenidən palataya qayıdır. Onu daha iki həkim müşayiət edir.
 

Onlar həyatları ilə risk etdiklərini, amansız qatillə hər gün, hər saat ünsiyyətdə olduqlarını anlayırlar.

Amma geri çəkilmirlər.
 

Syerra-Leonenin baş həkimi, bu ölkədə Ebola virusu ilə mübarizəyə başçılıq edən Umar Xan elə həmin virusa yoluxaraq vəfat edib.

Ötən həftə Umar Xanda bu virus aşkarlanmışdı. Həmin gün Syerra-Leonenin prezidenti Ernest Bay Koroma ölkənin şimal-qərbindəki Kaylahun şəhərindəki tibb mərkəzinə baş çəkməli idi.
 

Umar Xan da Kaylahundakı tibb mərkəzinə rəhbərlik edirdi.

Ebola virusuna yoluxmuş 112 pasiyenti sağaltmış Umar Xan ölkəsində milli qəhrəman sayılırdı. Ebola virusu məşhur həkim Xanın rəhbərlik etdiyi tibb mərkəzində 3 tibb bacısının da ölümünə səbəb olub.
 

Ebolanın indiki epidemiyası fevralda başlanıb.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatında bildirilir ki, Afrikanın qərbindəki dövlətlərdə Ebola virusuna yoluxaraq ölənlərin sayı artıq 672 nəfərə çatıb.

Qvineyada 319, Syerra-Leonedə 224, Liberiyada isə 129 nəfər virusdan ölüb.
 

Ebolaya qarşı nə dərman, nə də peyvənd var.

...Britaniyalı həkim Hanna Spenser də Ebolaya qarşı mübarizə aparan könüllülər arasındadır. Onun sözlərinə görə, Liberiyada Ebola ilə bağlı situasiya xüsuslə təhlükəlidir. Bu ölkədə 1200 nəfər virusa yoluxub, 600 nəfər xəstəlikdən ölüb.
 

Hanna Spenser və Liberiyada ölümcül virusa qarşı mübarizə aparan digər həkimlərlə tibb bacılarını bu müalicəsi olmayan xəstəlikdən ayıran yeganə sədd "Hazmat" adlı kostyumdur.
 

H.Spenser deyir ki, Ebolaya yoluxanların 90 faizi daxili qanaxmadan ölür.

O, Liberiyada iki amerikalı həkimin virusa yoluxduğunu bildirib.
 

Beynəlxalq "Doctors Without Borders" ("Sərhədsiz həkimlər") təşkilatının Liberiya və Qvineyada çalışan könüllülər korpusunda yer almış Hanna Spenser vəziyyətin həddən artıq ağır olduğunu söyləyib.
 

Britaniyanın Surrey qraflığından olan Hanna Spenserin dediyinə görə, ilk əvvəl Qvineyada çalışıb, sonra isə iki amerikalı həkimin virusa yoluxduqları klinikada - Liberiyanın Foya şəhərindəki tibb mərkəzində işləməyə başlayıb.
 

Liberiyada Ebolaya yoluxmuş amerikalı həkimlərə gəldikdə isə, onlar Kent BrentliNensi Raytboldur.
 

Milli.Az 

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.