Dəri ilin bütün fəsillərində qulluq tələb etsə də, yay aylarında bu tələbat daha da artır. Günəşin yandırıcı təsiri dəridə, xüsusilə də üzdə müxtəlif ləkələr əmələ gətirə bilər. Bu hal, isti havalarda kosmetik vasitələrdən düzgün istifadə etmədikdə daha sıx yaranır. Bəs bu cür problemlə üzləşməmək üçün nə etmək lazımdır? Mütəxəsislər bu haqda nə deyir?
Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, müşahidələr göstərir ki, əksər xanımlar yay aylarından kosmetik vasitələrin istifadəsini minimuma endirir və ya heç istifadə etmir. Zərif cinsin nümayəndələri bunu müxtəlif fikirlərlə əsaslandırırlar.
Mütəxəsislərin fikrincə, günəşli havalarda kosmetik vasitələrdən ümumiyyətlə istifadə etməmək dəriyə xeyirdən çox ziyan vura bilər. Lakin müəyyən nüanslara diqqət etmək şərti ilə.
Tünzalə Allahverdiyeva - həkim-dermatoloq: "Amma heç istifadə etməmək də düzgün deyil. İstifadə etmək olar... Bir şərtlə ki, tonal kremin tərkibində spf faktoru olsun və mütləqdir ki, gecə yatmazdan əvvəl dəri kosmetikadan təmizlənsin ki, gecə saatlarında dincəlmiş olsun".
Tonal kremdən istifadə etməyən xanımlarsa günəşli havalarda çölə çıxmazdan əvvəl mütləq qoruyucu krem vurmalı və özlərini zərərli gün şüalarının təsirindən sığortalamalıdırlar. Bununla yanaşı, isti, günəşli havalarda daha çox açıq rəngli göz kölgələrinə, dodaq boyalarına üstünlük verilməlidir. Bunun əksi olaraq, tonal krem normal istifadə olunan rəngin bir ton tündü olmalıdır ki, buna da səbəb yay aylarında dərinin rənginin dəyişməsi, yəni tündləşməsidir.
Günəşli havanın təsiri ilə dəri həssaslaşdığından ona olunan istənilən müdaxilə müəyyən fəsadlar verə bilər. Bu səbəbdən də, yay aylarında lazer epilyasiyasının da etdirilməsi düzgün hesab olunmur.
Lakin müsahibimiz qeyd edir ki, müəyyən şərtlərə əməl etməklə günəşli havalarda da lazer epilyasiyası etdirmək mümkündür.
Tünzalə Allahverdiyeva: "Lazer epilyasiyası olunan sahə günəş şüasından qorunmalıdır. Epilyasiya edən xanımlarımız qarşılarına məqsəd qoymalıdırlar ki, lazer epilyasiyası olunan gün mən vaxtımı sadəcə özümə ayıracam. Epilyasiyadan sonra ancaq evə getməliyəm, lazer epilyasiyası etdirib çölə çıxmaq olmaz. Üzə ləkə düşə bilər. Üzdə problem ola bilər".
Dəri həssaslığı ilə seçilən bir orqandır. Qıcıqlanmaması, daim təravətli qalması üçün ona müntəzəm qulluq edilməli, keyfiyyətli və istifadə müddəti bitməyən kosmetik vasitələrdən istifadə olunmalıdır. İstifadə olunan kosmetik vasitələrin sərin və qaranlıq şəraitdə saxlanılması məsləhətlidir.
Milli.Az
Sağlamlıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
İsti havalarda dəriyə necə qulluq etməli?
26 İyul 2014 17:28
0 Şərh
Baxış: 3 977
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
40 yaşdan yuxarı şəxslərdə böyrəklərin yükünü azaldan faydalı qidalar
-
Asqırmağı saxlamaq təhlükəlidir - Həkimdən xəbərdarlıq
-
2 peşə sahibi Alzeymerin yanından belə keçmir - ARAŞDIRMA
-
Bir kasası xəstəliyi qapıdan qovur: Şəfa mənbəyidir
-
Dirilik suyu – Şalğam: Min dərdə dəva olan sehirli içkinin əvəzsiz faydaları
-
Çərəz yeyərkən "tək bir şərt" var
XƏBƏR LENTİ
-
Bu ASC ləğv EDİLDİ
-
Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə bağlı Dövlət Proqramı hazırlanacaq
-
Ayın 2-də şimşək çaxacaq, yağış yağacaq - PROQNOZ
-
Millimizə yeni məşqçi təyin edildi
-
AZANS 30 illik inkişaf yolu: Azərbaycanın hava məkanı qlobal tranzit şəbəkəsində mövqeyini gücləndirir
-
Nazirin oğlunun işində milyonlarla ziyan - Tanınmış iş adamı axtarışa VERİLDİ
-
Kobra Muratın dillərə dastan EVİ: Hər yeri qızıl və gümüşdən... - VİDEO
-
"Hadisəyə görə məsuliyyəti TƏBİB daşıyır" - Yeddi körpənin öldüyü mərkəzin direktoru
-
Qapıçnın sinəsinə top dəydi, ÖLDÜ - Anbaan VİDEO
-
Üçüncü Dünya müharibəsi bu ərazidə OLACAQ
-
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl göndərilib - YENİLƏNİB
-
Qabil Əlizadə: “Bu qələbə bizə hava, su kimi lazımdır”
-
“20 Yanvar” tunelində güclü YANĞIN
-
ABŞ İranın gizli silah anbarlarını məhv etdi - VİDEO
-
"Yeraltı"da o da olacaq - FOTO
-
Metroda yanğın təhlükəsizliyi necə qorunur? - RƏSMİ
-
Tofiq Musayevin döyüşü tarixə DÜŞDÜ
-
Rasim Balayevin Həkəridəki görüntülərini PAYLAŞDI - VİDEO
-
Aprel ayının havası necə OLACAQ?
-
Azərbaycanda bu məhsulların qiyməti BAHALAŞDI - 20 manata olan 25 manata...
-
Azərbaycanda üç qurumun istintaq orqanı birləşdiriləcək
-
"Onun meyxana qədər səviyyəsi olmalıdır ki, belə danışa"
-
Bodrumda qayıq batdı - Çoxlu sayda ölən var
-
İranın bu ölkədəki səfiri ÖLDÜRÜLDÜ





