Sağlamlıq

Xalq şairi həkim səhvinin fəsadlarını yaşayır

21 Aprel 2014 14:30
1 Şərh     Baxış: 1 553
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qocaman xalq şairi Söhrab Tahir uzun müddətdir ki, ev şəraitindən xilas ola bilmir

Buna səbəb xəstəlik səbəbindən barmaqları amputasiya olunan qocaman şairin sonradan üzləşdiyi fəsadlardır.

Hazırda barmaqları tam olaraq sağalmayan şair özünün də dediyi kimi hərəkət etməkdə çətinlik çəkir.

Milli.Az xəbər verir ki, xalq şairi Modern.az-a verdiyi açıqlamasında bu çətinliyin səbəblərini izah edib:

"Mənə elə gəlir ki, burada həkimin səhvi oldu. Əməliyyat zamanı dərini birləşdirmək yadından çıxıb. İndi də dəri olmadığı üçün yara bağlanmır. Başqa yerdən də dəri köçürmək olmur. Mənim də yaşım elədir ki, hüceyrələr, rüşeymlər qocaldığından regenerasiya prosesi getmir. Axsaya-axsaya evdə gəzirəm. Burada mənə elə gəlir ki, həkimin səhvi oldu. Türkiyədən dərman gətirilmişdi, ondan da istifadə olundu. Amma o da axıra kimi kömək eləmədi. Sonra gördüm ki, həkim hər dəfə qabıqları kəsir-filan. Dedim ki, ay doktor, bu sağalmayacaq. Elə yaxşı olar ki, ağrıya, giziltilərə uyğunlaşıb bu yarayla gəzim. 87 yaşım var, 88-ə az qalıb. Yəqin ki, bu yara elə mənimlə də gedəsidir. Özümü yavaş-yavaş uyğunlaşdırıram".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.