Sağlamlıq

Facebook qızı korluqdan xilas etdi

6 Aprel 2014 09:49
0 Şərh     Baxış: 1 596
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
ABŞ sakini Tara Teylor Facebook-dakı səhifəsinə 3 yaşlı qızının şəklini yerləşdirib. Sosial şəbəkənin istifadəçiləri üzünə fotoaparatın işığı düşən qızın sol gözündə qəribə parıltı görüblər.

Milli.Az RUsiya mətbuatına istinadən bildirir ki, xoş təsadüfdən şəkli görənlər arasında bir oftalmoloq da olub. O, dərhal həkimə müraciət etməyi məsləhət bilib, çünki həmin effektin xəstəliklə bağlı olduğunu güman edib.
   
Tibbi müayinə qızda nadir xəstəlik olan Koats xəstəliyini aşkar edib. Bu xəstəliyi vaxtında müəyyən etməyəndə görməni tam itirmək riski var. Facebook-dakı həkimin sayəsində isə qızcığaz kor olmaqdan xilas olub, o artıq müalicə olur. 

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.