Zəhər kimi acı BAL: yanlış müalicə dəli edir - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Artıq onlarla məşhur özlərini çox pis hiss edir, dəlilik həddinə çatdıqlarını deyirlər. Onların bəzilərinin sözlərinə görə, özlərini çox pis hiss edir, depressiyaya qapılır, hətta intihar etmək istədikləri anlar olur.
Stefen Fray, Ketrin Zeta-Cons, Bil Oddi, Kerri Katona, Stiven Spilberq, hətta Oracle korporasiyasının rəhbəri Larri Ellison belə bu bəladan əziyyət çəkdiklərini vurğulayıblar.
Bəla isə bipolyar affektiv pozuntudur.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Bipolyar affektiv pozuntu (BAL) və ya maniakal-depressiv psixoz endogen psixi xəstəlikdir. Bu xəstəlik zamanı affektiv durum yaranır, maniakal və ya hipomaniakal situasiyalar formalaşır, depressiv-qarışıq hisslər yaşanır.
Əksər hallarda isə depressiya və maniya eyni vaxtda olur. BAL-a mübtəla olanlar ya həddən artıq sinirli olmaqla yanaşı, qəmginləşir, ya da ətalətlə eyforiya qarışır və qeyri-məhsuldar maniya adlanan situasiya olur.
Psixiatrların epizodlar və ya xəstəlik fazaları adlandırdıqları bu affektiv durumlar sürəkli olaraq bir-birlərini əvəzləyir, "interfaza" adlanan mərhələdən sonra psixikanın intermissiyası başlanır.
BAL-a mübtəla olan şəxslərin 75 faizində psixi pozuntular olur.
Britaniya Psixiatrlar Assosiasiyasının apardığı son araşdırmada bildirilir ki, BAL-ı müalicə etməyə çalışan məşhurlar diaqnoz dəqiq olmayanda müxtəlif, çox güclü təsirə malik farmasevtik preparatlar qəbul edirlər.
"Bu zombi həbləri içən insanlarda psixi pozuntular daha da güclənir və nəticədə onların xəstəlikləri ağırlaşır. Onların əhvalları heç bir səbəb olmadan dəyişir, beyinlərində qarşısıalınmaz fəsadlar aktivləşir.
BAL-ı dəqiq müəyyənləşdirmədən müalicəyə başlamaq çox təhlükəlidir. Buna rəğmən, bir sıra klinikalarda, xüsusilə də müalicə və bərpa kursunun çox bahalı olduğu psixi reabilitasiya mərkəzlərində nəyin bahasına olursa-olsun pul qazanmaq naminə psixiatriyanın təməl şərtlərini kobud şəkildə pozurlar", - Assosiasiyanın açıqlamasında deyilir.
Hesabatda bildirilir ki, 60 il əvvəl şizofreniyanın müalicəsində olduğu kimi, BAL-ın fəsadlarının aradan qaldırılmasında neyroleptik preparatlardan istifadə olunur.
Belə trankvilizatorlar xəstəliyi müalicə etmək əvəzinə, pasiyentin durumunu daha da ağırlaşdırır.
London Universitet Kollecinin professoru, psixiatriya üzrə tanınmış mütəxəssis Uinsli Monkrifin dediyinə görə, neyroleptiklər əslində narkotiklər olduğundan onlardan istifadə maksimum dərəcədə məhdudlaşdırılmalıdır.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.








Fotolar: Daily Mail
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Tacir Şahmalıoğlu səhhəti ilə bağlı danışdı: “O şəkilləri silin!” - (Video)
-
Hicab bəhanəsi ilə məktəblərə hücum: SEPAH-ın Azərbaycan üzərindən qurduğu təhlükəli oyun
-
Azərbaycanla Slovakiya arasında məxfi məlumatların mühafizəsi haqqında saziş təsdiqlənib
-
Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Saziş təsdiqlənib
-
AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb - (Foto)
-
Panamada 7,7 bal gücündə zəlzələdə işçilər görün nə etdilər - (Video)
-
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqlənib
-
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - Siyahı
-
Azərbaycanla Ukrayna arasında hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında sazişə dəyişiklik təsdiqlənib
-
Bu da Vüsalə Əlizadənin yeni bahalı avtomobili - (Video)
-
Azərbaycanla Monqolustan arasında hava əlaqəsi haqqında Saziş təsdiq edilib
-
Yasamalda məktəbi yandırmağa cəhd etdilər
-
Məktəb direktorunun maşını yandırıldı
-
Ətin qiyməti ilə bağlı rəsmi açıqlama
-
Aygün Kazımovadan üzr istədi: "O sözlərim yalan idi" - (Video)
-
Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi işdən çıxarıldı
-
"Futbol tarixinin ən yaxşısı mənəm"
-
Tbilisidə səfirə sahibsiz itlər hücum etdi - Xəsarət aldı
-
Aİ Rusiyaya qarşı sanksiyaların 22-ci paketini təsdiqlədi
-
Lətafət Ələkbərovanın başına iş gəldi: Toy sonrası ağır xəsarət aldı - (Video)
-
Evini kirayəyə verənlər üçün qaydalar açıqlandı
-
Kambocanın Baş naziri Heydər Əliyevin məzarını ziyarət edib - (Foto)
-
Babək Quliyev UEFA-dan təyinat aldı
-
Zəhra Hüseynovaya nazirlikdə vəzifə verildi - (Foto)





