Sağlamlıq

Ürək üçün ən faydalı qida açıqlandı - Damarları açır

1 Sentyabr 2025 12:00
Baxış: 741
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ürək və damar sağlamlığı üçün ən qiymətli məhsul açıqlanıb.

Milli.Az xəbər verir ki, Rusiya Piroqov Universitetinin dosenti Elvira Xaçirova "gazeta.ru"ya açıqlamasında bildirib ki, ürək-damar sistemi üçün ən faydalı məhsullar balıq və dəniz məhsullarıdır. Xüsusilə somon, skumbriya, sardina, tuna və digər yağlı balıq növləri omeqa-3 yağ turşuları ilə zəngindir. Bu turşular qan triglitseridlərinin səviyyəsini azaldır, damar divarlarının iltihabını yüngülləşdirir və trombların əmələ gəlməsinin qarşısını alır. Mütəxəssis vurğulayıb ki, balıq həftədə ən azı iki dəfə istehlak edilməlidir.

Həkim həmçinin tərəvəzlərin də ürək üçün vacib olduğunu deyib. Brokkoli, ispanaq, kələm, yerkökü, çuğundur və bolqar bibəri damarları gücləndirir, pis xolesterinin səviyyəsini aşağı salır. Tərəvəzlərdəki antioksidantlar oksidləşdirici stresslə mübarizə aparır, liflər isə xolesterini bağlayaraq orqanizmdən çıxarılmasına kömək edir. Xaçirova tövsiyə edib ki, tərəvəzlər hər yeməyin yanında qəbul edilməlidir.

Mütəxəssis qeyd edib ki, meyvələr də ürək-damar sağlamlığı üçün vacibdir. Alma, moruq, sitrus meyvələri, kivi və armud C vitamini, flavonoidlər və digər faydalı maddələrlə zəngindir.

Xaçirova əlavə edib ki, sağlam qidalanma prinsiplərinə əməl etmək də önəmlidir: doymuş yağları (yağlı ət, kərə yağı) və trans yağları (sənaye məhsullarında rast gəlinir) məhdudlaşdırmaq, duz qəbulunu gündə 5 q-dan çox etməmək, şəkər və şirniyyatları azaltmaq və müntəzəm fiziki fəaliyyətlə məşğul olmaq ürək-damar sağlamlığını qorumağa kömək edir.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.