Evdə pişik saxlayanların nəzərinə - İflic riski var
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-nin Miçiqan Universitetinin tanınmış nevroloqu Dr. Baibing Çen pişik cırmaqlaması ilə bağlı az bilinən, lakin ciddi sağlamlıq problemlərinə səbəb ola biləcək təhlükələr barədə xəbərdarlıq edib.
Milli.Az dailymail-ə istinadla bildirir ki, o, pişiklərin daşıya biləcəyi bakteriyaların insanlarda nadir hallarda ağır xəstəliklər yarada biləcəyini diqqətə çatdırıb.
Dr. Çen bildirib ki, pişiklərin cırmaqları, dişləməsi və hətta açıq yara üzərinə yalaması insanlarda "pişik cırmağı xəstəliyi" adlanan bakterial infeksiyaya yoluxa bilər. Bu xəstəlik adətən uşaqlarda və yeniyetmələrdə daha çox müşahidə olunur.
Nevroloq xatırladıb ki, bir yeniyetmə qızda qəfil baş verən qarışıqlıq, şiddətli baş ağrısı, görmə zəifliyi və yeriməkdə çətinlik yaranmışdı. Ailəsi onun daimi yorğunluq və koordinasiya pozuntusundan şikayət edirdi. Həkimlər ilkin olaraq insult, menenjit və autoimmun xəstəliklər kimi ümumi səbəbləri istisna etsələr də, qızın qolundakı cırmaqlar diqqətlərini çəkdi. Ailə son vaxtlar balaca pişik sahibləndiyini bildirib və nəticədə diaqnoz pişik cırmağı ilə əlaqəli idi.
Mütəxəssislər bildirir ki, bu infeksiya adətən limfa düyünlərinin şişməsi, qızdırma, yorğunluq kimi yüngül simptomlarla keçir, lakin nadir hallarda sinir sistemi, gözlər, qaraciyər, dalaq, beyin, sümüklər və ürək kimi həyati orqanlara təsir göstərə bilər.
Dr. Çen xəbərdarlıq edib ki, pişiklə təmasdan sonra yaranan cırmaqlar diqqətlə təmizlənməli, hər hansı baş ağrısı, görmə pozuntusu, qarışıqlıq, qızdırma və limfa düyünlərinin şişməsi kimi simptomlar yaranarsa, dərhal həkimə müraciət edilməlidir.
O, həmçinin imuniteti zəif olan şəxslərin - xərçəng xəstələri, yaşlılar və ya HIV daşıyıcılarının daha çox risk altında olduğunu vurğulayıb. Pişiklərin evdə saxlanılması və küçə pişikləri ilə təmasın azaldılması infeksiya riskini azalda bilər.
Nevroloqun xəbərdarlığı iyun ayında Böyük Britaniyada quduzluq virusu səbəbilə qadının həyatını itirməsi və heyvanlardan keçən xəstəliklərə qarşı artan narahatlıqlar fonunda verilib. Mütəxəssislər heyvanlarla təmas zamanı gigiyena qaydalarına ciddi riayət edilməsini tövsiyə edir.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Şöhrət Məmmədov Azərbaycanla vidalaşdı – (Video)
-
Türkiyəli məşhur aktyor vəfat edib
-
Azadlıq prospektində yeni zolaq təşkil edildi
-
Zeedorfun yeni iş yeri bəlli oldu
-
Sabah yola çıxanlar bunu nəzərə alsın
-
"6, 7 yaşında uşaqların başını bağlamağa nə ehtiyac var?"
-
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib - (Foto)
-
Pakistanda hərbi təlim təyyarəsi qəzaya uğradı, iki pilot həlak oldu
-
Elçin Hüseynov Cengiz Kurtoğlu ilə bir arada - (Video)
-
“Qalatasaray” - “Barselona” oyunu öncəsi 9 nəfər saxlanıldı
-
Arda Turanla danışıqların detalları bəlli oldu
-
Tacir Şahmalıoğlu səhhəti ilə bağlı danışdı: “O şəkilləri silin!” - (Video)
-
Hicab bəhanəsi ilə məktəblərə hücum: SEPAH-ın Azərbaycan üzərindən qurduğu təhlükəli oyun
-
Azərbaycanla Slovakiya arasında məxfi məlumatların mühafizəsi haqqında saziş təsdiqlənib
-
Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Saziş təsdiqlənib
-
AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb - (Foto)
-
Panamada 7,7 bal gücündə zəlzələdə işçilər görün nə etdilər - (Video)
-
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqlənib
-
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - Siyahı
-
Azərbaycanla Ukrayna arasında hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında sazişə dəyişiklik təsdiqlənib
-
Bu da Vüsalə Əlizadənin yeni bahalı avtomobili - (Video)
-
Azərbaycanla Monqolustan arasında hava əlaqəsi haqqında Saziş təsdiq edilib
-
Yasamalda məktəbi yandırmağa cəhd etdilər
-
Məktəb direktorunun maşını yandırıldı





