Alimlər prostat xərçənginin inkişaf mexanizmini daha yaxşı anlamağa imkan verən mühüm kəşfə imza atıblar. Yeni araşdırmalara əsasən, bu xərçəng növünün əsas səbəblərindən biri müəyyən genetik dəyişikliklərin və hormonal balanssızlığın hüceyrə bölünməsinə təsir göstərməsidir.
Milli.Az xəbər verir ki, Böyük Britaniyada aparılan araşdırma nəticəsində məlum olub ki, bəzi kişilərdə testosteron hormonunun səviyyəsi ilə genetik mutasiyalar arasında əlaqə var. Bu dəyişikliklər prostat vəzisi hüceyrələrinin nəzarətsiz şəkildə çoxalmasına və şişin əmələ gəlməsinə səbəb olur.
Tədqiqat qrupu qeyd edir ki, prostat vəzisi normalda kişilərdə sperma istehsalına dəstək verən bir orqandır. Lakin müəyyən risk faktorları, o cümlədən yaş, ailə tarixi, qeyri-sağlam həyat tərzi və hormonal disbalans, bu vəzidə xərçəngin yaranma riskini artırır.
Yeni məlumatlar gələcəkdə daha effektiv müalicə üsullarının hazırlanmasına, eləcə də xəstəliyin daha erkən mərhələdə aşkar edilməsinə imkan yaradacaq.
Fidan
Milli.Az