Yeni virusla bağlı pis xəbər - yoluxanlar qəfildən keçəl olur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünya 6 milyondan çox insanın ölümünə səbəb olan koronavirusla mübarizəni davam etdirərkən, Hindistanda ortaya çıxan yeni virus böyük panika yaradıb.
Milli.Az-ın xarici KİV-ə istinadla xəbərinə görə, 11 kənddə aşkarlanan və ani saç tökülməsinə səbəb olan epidemiya səbəbindən 155 nəfərin birdən-birə keçəlləşdiyi bir vaxtda səlahiyyətlilər vəziyyəti nəzarət altına almaq üçün işlərə başlayıb.
Hindistanın Maharaştra ştatının Buldhana dairəsindəki Şeqaon taluka əyalətinin 11 kəndində baş verən hadisə insanları heyrətləndirib. 155 nəfər birdən-birə keçəl olub.
"Zilla Parishad"ın baş direktoru Qulabrao Haratın rəhbərlik etdiyi qrup sözügedən kəndləri ziyarət edib. Bəyanatda vəziyyətin nəzarət altına alınması üçün səy göstərildiyi vurğulanır.
Hindistan mətbuatında çıxan xəbərlərə görə, Akola və Buldhana tibb fakültələrindən mütəxəssis həkimləri infeksiyanın mənbəyi, ötürülmə yolları və qarşısının alınması üsulları ilə bağlı araşdırmalar aparmağa başlayıb. Son açıqlamaya görə, 11 kənddə ümumilikdə 65 nəfərdən qan nümunələri götürülüb.
"Tibbi tədqiqat və maarifləndirmə işləri davam edir və lazım gələrsə, dövlət səviyyəli ekspert qrupunun iştirakı ilə daha kompleks tədbirlər həyata keçiriləcək", - regional informasiya idarəsinin məlumatında bildirilir. Adıçəkilən kəndlərdəki marketlərdən sabun, saç yağı və şampun nümunələri, yeraltı su sistemindən isə analiz üçün götürülüb.
Bondgaon kənd muxtarı Rameshvaram Dharkarın məsələ ilə bağlı verdiyi açıqlama belədir: "Böhranı aradan qaldırmaq üçün administrasiya sağlamlıq düşərgələri yaradıb, zərər çəkmiş ərazilərdə təmizlik kampaniyasına başlayıb və profilaktik tədbirlərlə bağlı maarifləndirmə proqramları təşkil edib".
Regional səhiyyə işçisi Amol Gite deyib: "Cümə günü 15 yeni hadisə aşkarladıq. Biz bütün xəstələrə göbələk əleyhinə dərmanlar və vitaminlər veririk. Yaxın 4-5 gün ərzində biopsiya nəticələrini alacağımızı gözləyirik".
Səlahiyyətlilər epidemiyanı nəzarət altına almaq üçün kollektiv fəaliyyətin vacibliyini vurğulayıblar./lent.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır
-
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
-
Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)
-
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
-
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa...
-
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
XƏBƏR LENTİ
-
Bakıda yanğın hadisəsini işıqlandıran APA TV əməkdaşına hücum edilib - (Yenilənib/Video)
-
Ayın 2-də yağış yağacaq, qara keçəcək - Proqnoz
-
Sürücünün sükan arxasında yuxulaması qəza ilə nəticələndi
-
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
-
Məşhur musiqiçi vəfat etdi
-
Ebola virusu yayılan ölkələrin sayı artır
-
Bolqarıstanda prezident seçkiləri davam edir
-
"El-Klasiko" zamanı evi qarət edildi
-
Rusiyanın itkiləri yeniləndi
-
ABŞ-da stadionda atışma oldu
-
Lara Aslan yeni seriala çəkilir
-
Bakıda ət kombinatının ərazisində yanğın oldu
-
Yaşa, Xəzər! Dənizin dərinliklərindən art-dizayna və qarakürüyə qədər – Fly to Baku. Art Weekend - (Foto)
-
Şəkidə avtomobil dərəyə aşdı - Ölən və yaralananlar var
-
“Şamaxı” “Neftçi”ni, “Kəpəz” “İmişli”ni qəbul edir
-
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
-
Göygöldə ağır qəza - Yaralananlar var
-
Tramp Zelenskini G20 sammitinə dəvət edəcək
-
Klassik duş kabinləri tarixə qovuşur: Hamamlarda yeni nəsil təmizlik və dizayn dövrü
-
Paket çaylarda mikroplastik təhlükəsi: Tək bir fincana 2500 hissəcik keçir
-
2026-cı ilin payızının 11 dəbli qısa saç kəsimi
-
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır
-
Üzün bir tərəfi niyə daha tez qocalır?
-
Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın





