Çimərlikdə bu xəstəlikləri tapa bilərsiniz - DERMATOLOQ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son günlərdə hava temperaturunun yüksəlməsi nəticəsində insanlar dənizə üz tuturlar. Günəş şüalarının isə insan dərisinə müsbət təsirləri olduğu kimi mənfi təsirləri də var.
Maraqlıdır, görəsən, günəş şüaları hansı xəstəliklərə səbəb ola bilər?
Milli.Az bildirir ki, məsələ ilə bağlı dermatoloq Emil Seyfəddinov Lent.az-a açıqlamasında bildirib ki, günəş şüaları dəriyə düşdükdə dəri qızarmağa, sonra qaralmağa başlayır.
Onun sözlərinə görə, nəticədə dəridə tonlaşma baş verir:
"Ultrabənövşəyi şüalara çox uzun müddət məruz qaldıqda dəridə ləkələr görünür. Bunlar keçib getməyən piqmentdir, xala bənzəyir, xoşxassəli şişlərdir. Ancaq insan qoruyucu vasitələrdən istifadə etmədən daim günəşin altında qalmağa davam edərsə, xoşxassəli neoplazmalar bədxassəlilərə çevrilə bilər. Məhz bu səbəbdən xüsusilə günəşin çox isti vaxtında, birbaşa günəş şüalarının düşdüyü vaxt çimərlikdə gəzmək məsləhətli deyil. Daha çox günortadan sonra çimərliyə getmək məqsədəuyğundur. Həmçinin, günvurma hadisələrindən qorunmaq üçün də müəyyən tələblərə əməl etmək vacibdir. Birbaşa günəş şüasının altında uzunmüddət oturmamaq, yatmamaq lazımdır. Bəzi insanlar uzanıb yuxuya gedirlər ki, bu da günvurma hallarına gətirib çıxarır".
Bəs, uzun müddət günəş altında qalmaq bədənə necə təsir edir?
Həkim Adil Qeybulla saytımıza açıqlamasında bildirib ki, isti havalarda insanların saat 12-dən 5-ə kimi günəşdə qalması düzgün deyil:
"Bu, günvurmalara səbəb olur. Uzun müddət yüksək temperaturda qalmaq bədəndə istilik mexanizmlərini pozur. Ona görə də daha çox çimərliklərdə günvurma hadisələri baş verir. Belə olduqda həmin şəxsi daha sərin bir yerə aparılmalı və onun başını, bədənini yaş dəsmalla bağlamaq lazımdır. Bundan əlavə, günəş şüaları dəridə olan xallara, törəmələrə neqativ təsir göstərir. Hətta bəzən xərçəngə də səbəb ola bilər".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin
-
“Niyə toyuq əti mağazaları bürüyüb, xoruz isə satılmır” – Mütəxəssisdən şok iddia - (Video)
-
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
-
Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...
-
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
-
Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr
XƏBƏR LENTİ
-
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqlənib
-
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Rəşad Dağlının oğlundan Orxan Lökbatanlıya təsirli sözlər - (Video)
-
Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır
-
"Məni ad günlərinə çağırmayın", deyən Röya onun doğum günündə – (Fotolar)
-
Bakıda evdən 18 yaşlı qızın meyiti tapıldı
-
2 gün leysan yağacaq - Xəbərdarlıq
-
"Real" Kurtua ilə bağlı qərar verdi
-
Yasamalda avtomobil yandı - (Video)
-
İndoneziyada güclü zəlzələ oldu
-
Əli Əsədov iclas keçirdi
-
İsmail Kartal yoxa çıxdı
-
Rüstəm Cəbrayılovun 3-cü dəfə evləndiyi xanımı ilə Fotoları
-
AQC “Qiymətləndirmə” jurnalının ilk sayını təqdim edib - (Foto)
-
Orta ixtisas müəssisələrinə qəbulun nəticələri açıqlandı
-
Nigarın keçmiş nişanlısı danışdı: "Durduq yerdə aldadıb qaçmışam?”
-
Əkrəm İmamoğlu 2 il 1 ay həbs cəzasına məhkum edildi
-
Azərbaycanda məşhur bank bağlanır
-
“Sabah” ÇL-in tarixinə düşdü
-
REDMI Note 17 Series Azərbaycanda satışa çıxır - (Foto)
-
"PISA bizim üçün güzgüdür" - Emin Əmrullayev
-
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycandan sonra Ermənistana səfər edəcək
-
Rusiya Litvanı nüvə silahının hədəfinə çevirə bilər - Peskov





