Səhər yeməyindən imtina edənləri gözləyən təhlükə...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Səhər yeməyindən imtina etmək ürək sağlamlığına mənfi təsir göstərir.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, bunu Mayo Klinikasının kardioloqu Françisko Lopez-Jimenez bildirib.
Onun fikrincə, səhər yeməyi yeməmək effektiv şəkildə çəki atmağa mane ola bilər. Üstəlik, bu zaman ürək-damar sistemi ilə bağlı xoşagəlməz hallarla da üzləşə bilərsiniz.
Həkim izah edib ki, çoxsaylı araşdırmalar günün ilk yeməyinin sağlamlıq üçün əhəmiyyətini sübut edib:
"Müxtəlif ölkələrin alimləri belə qənaətə gəliblər ki, səhər yeməyindən imtina edən insanlarda ürək xəstəliklərinə tutulma riski artır. Bəzi elmi araşdırmalar da infarktların səhər saatlarında baş vermə ehtimalının daha çox olduğunu göstərib".
Kardioloqun sözlərinə görə, ürək sağlamlığı üçün təhlükənin bir hissəsi səhər saatlarında adrenalin səviyyəsinin artması ilə bağlıdır.
"Adrenalin bədənin stress və ya təhlükəyə cavab olaraq istehsal etdiyi bioloji aktiv maddədir. O, ürək dərəcəsini stimullaşdırmağa, bronxları genişləndirməyə, qan təzyiqini artırmağa və qan qlükoza səviyyəsini saxlamağa kömək edir. Qida olmadıqda, bədəndə stress vəziyyəti arta bilər. Bu da öz növbəsində, ürək-damar sisteminin həddindən artıq yüklənməsinə səbəb olur.
Səhərlər yemək yeməmək arıqlamağa çalışan insanlar üçün də zərərlidir. Bu cür pəhriz nəinki arıqlamağa kömək etmir, həm də axşam və yatmazdan əvvəl həddindən artıq yeməyə səbəb olur", - deyə həkim vurğulayıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
-
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin
-
“Niyə toyuq əti mağazaları bürüyüb, xoruz isə satılmır” – Mütəxəssisdən şok iddia - (Video)
-
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
-
Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...
XƏBƏR LENTİ
-
Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib
-
Şirvanda mağazadan oğurluq edildi
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
"Qalatasaray" üç futbolçusu ilə yollarını ayıracaq
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
-
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
-
Azərbaycan nefti bahalaşıb
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Ötmə qaydasının pozulması sərnişinin həyatına son qoydu - (Video)
-
250 mindən çox ailəyə sosial müavinət verilə bilər - Yeni təklif
-
Nepalda daşqın nəticəsində ölənlərin sayı 1386 nəfərə çatdı
-
Bolqarıstanda sursat anbarlarında yanğın və partlayış oldu
-
Trampın şəxsi təyyarəsinin görüntüləri yayıldı - (Video)
-
Ələt Avrasiyanın xəritəsini dəyişir: Azərbaycan qlobal logistikanın mərkəzinə çevrilir
-
Azərbaycanda son sutkada 114 axtarışda olan şəxs saxlanılıb
-
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb
-
45 yaşlı azərbaycanlı dron hücumunda həlak oldu - (Foto)
-
Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək
-
Tramp Avropa liderləri ilə görüşəcək
-
“Brent” markalı neftin qiyməti ucuzlaşdı
-
Konqoda Ebola təhlükəsi: Yoluxanların sayı 7 000-i ötüb
-
"İran yaralanıb, amma ləyaqətini qoruyub saxlayır"





