Ereksiya problemi yaşayanlara həkimdən məsləhət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Erektil disfunksiya olaraq bilinən hal kişilərin üzləşdikləri ən böyük problemlərdən biridir. Geniş yayılmış bu problemin həm fiziki, həm də psixoloji səbəbləri var.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, uroloq-androloq Bator Qonçikov "Gazeta.Ru"ya bu problemin əsas səbəbləri barədə danışıb.
Onun sözlərinə görə, erektil funksiyaya təsir edən əsas amillərdən biri qan damarlarında yaranan problemlərdir.
"Tıxanmış arteriyalar və qan damarlarının daralması penisə qan axınının məhdudlaşdırılmasına və ereksiya problemlərinə səbəb ola bilər.
Stress, depressiya, narahatlıq və digər psixoloji problemlər də cinsi funksiyaya təsir edə bilər.
Psixi diskomfort libidonun azalmasına və ereksiya problemlərinə gətirib çıxarır", - deyə həkim bildirib.
Onun sözlərinə görə, bunlardan əlavə, diabet, ürək-damar patologiyaları və yüksək təzyiq kimi xroniki xəstəliklər də bu problemin inkişafını sürətləndirir:
"Bu xəstəliklər zamanı sinirlər və qan damarları zədələnir, bu da erektil disfunksiyaya səbəb olur".
Həkim bəzi dərmanların (məsələn, allergiya dərmanları, depressiya dərmanları və xolesterol dərmanları) əks təsirləri nəticəsində də cinsi funksiyada zəifləmə ola biləcəyini diqqətə çatdırıb:
"Yeni dərmana başladıqdan sonra ereksiya ilə bağlı probleminiz yaranıbsa, bunu həkiminizlə müzakirə edin".
O, həmçinin bildirib ki, münasibətlərdə problemlər, özünə inamın az olması və partnyorla münaqişələr cinsi funksiyaya təsir edə bilər.
"Partnyorunuzla emosional əlaqə və ünsiyyət ereksiya problemlərinin həllində vacib aspektlərdir.
Anlamaq lazımdır ki, impotensiya eyni vaxtda bir neçə amildən qaynaqlana bilər. Çox vaxt bu, fiziki və psixoloji səbəblərin birləşməsindən yaranır.
Ereksiya probleminiz varsa, diaqnoz və müalicə üçün bir uroloqa müraciət etməyiniz vacibdir. Probleminizi həkiminizlə müzakirə etməkdən və sizi narahat edən hər hansı sualı verməkdən çəkinməyin.
İmpotensiya müvafiq yanaşma və mütəxəssislərin dəstəyi ilə uğurla müalicə edilə bilər", - deyə uroloq yekunlaşdırıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
-
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin
-
“Niyə toyuq əti mağazaları bürüyüb, xoruz isə satılmır” – Mütəxəssisdən şok iddia - (Video)
-
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
-
Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...
XƏBƏR LENTİ
-
Türkiyə mətbəxindən haydari resepti
-
Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur
-
Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
-
Sürücülər bu mahnılara qulaq asmasın
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Psixoloqlara görə, soyuducuya maqnit asmaq bunu bildirirmiş
-
Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - (Video)
-
Günün qoroskopu: İntuisiyanız məntiqinizi üstələyəcək
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - (Foto)
-
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov
-
İran və Oman Hörmüz boğazında razılığa gəldi





