Cəmiyyət

Bu portal eyni evin bir neçə şəxsə satılmasının qarşısını alacaq

4 İyul 2024 21:30
Baxış: 908
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda daşınmaz əmlakın sənədləşdirilməsi ilə bağlı vahid elektron portal hazırlanır.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri üzrə Dövlət Xidməti məlumat yayıb.

Layihənin məqsədi evlərin sənədləşdirilməsində bütün proseslərin həmin portal vasitəsilə tam elektronlaşdırılması və rəqəmsal idarəetmə yaratmaqdır.

Hazırda nəzərdə tutulan informasiya vasitəsində mənzillərlə bağlı xüsusi modul yaradılacaq ki, bu da tikinti şirkətləri binanı tikməyə başladığı andan etibarən həmin binanın elektron imitasiyasını sistemləşdiriləcək.

Belə olan halda bir mənzilin iki və ya daha artıq şəxsə satılması hallarının da qarşısı alınacaq.

Sözügedən portalın təşkili sənədsiz evlərlə bağlı problemi də həll edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.