Sağlamlıq

Qanda dəmir çatışmazlığının 7 əlaməti

1 May 2024 12:24
Baxış: 989
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dəmir oksigenin daşınmasında əsas rol oynayır və onun çatışmazlığı insan sağlamlığına son dərəcə mənfi təsir göstərə bilər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, sözügedən mikroelement olmadan, vücudumuz kifayət qədər sağlam qırmızı qan hüceyrələri istehsal edə bilmir və dəmir çatışmazlığı anemiyasına səbəb olur. Bu, yorğunluq, zəiflik və konsentrasiya qabiliyyətinin azalması kimi özünü göstərə bilər. Ümumdünya Səhiyyə Təşkilatı dəmir defisitli anemiyanı dünyada ən çox yayılmış qida çatışmazlığı kimi tanıyıb. Qeyd edilib ki, bu problem əhalinin 30%-ni əhatə edir.

Diyetoloqlar bədəndə dəmir çatışmazlığının ən çox görülən əlamətləri kimi daimi yorğunluq, koylonixiya - dırnağın deformasiyası, daimi üşümə, diqqət və konsentrasiyanın azalması, yuxunun pisləşməsi, artan narahatlıq, qida dəyəri olmayan maddələrə (buz, gil, nişasta və sairə) istəyi qeyd ediblər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.