Sağlamlıq

Gecə yatmazdan öncə ananas yeyin - Bu problemi aradan qaldırır

1 May 2024 01:01
Baxış: 1 278
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yuxusuzluq günümüzün ən böyük problemlərindən biridir. Bir çox insan yuxu keyfiyyətinin azalmasına görə konsentrasiyanın itirilməsi və gün ərzində yorğunluq kimi hallarla üzləşir.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, yuxu problemlərini aradan qaldırmaq üçün təklif olunan təbii üsullardan biri və ən təsirlisi ananas yeməkdir.
Yatmazdan əvvəl ananas yeyildikdə yuxu problemləri azalır.

Son araşdırmalar da fasiləsiz və keyfiyyətli gecə yuxusu üçün ən təsirli vasitənin ananas ola biləcəyini göstərir. Buna səbəb ananasın qandakı melatonin səviyyəsini artırmasıdır. Beləliklə, melatoninin antioksidan qabiliyyəti artır və rahat şəkildə yuxuya getməyə kömək edir.

Mütəxəssislər bildirirlər ki, ananasın 1 dilimi təxminən 25 kalori, 1 ədədi isə təxminən 500 kaloridir. Odur ki, bu meyvəni gecələr yemək kilo probleminə səbəb olmur.

Onu da qeyd edək ki, yuxu problemləri xronikidirsə, həkimə müraciət etmək daha doğru addım olacaq.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.