Sağlamlıq

Tomat şirəsinin qan damarlarına inanılmaz TƏSİRİ

7 Aprel 2024 11:00
Baxış: 943
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tomat şirəsi ürək-damar sağlamlığını yaxşılaşdırmağa kömək edir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiya Dövlət Təhsil Universitetinin "Təbiət elmləri" fakültəsinin dekanı vəzifəsini icra edən İrina Lyalina danışıb.

Pomidora qırmızı rəng verən təbii boya olan likopendir. Bu maddə antioksidant xüsusiyyətlərə malikdir. Bunun sayəsində tomat suyu ürək-damar sisteminin sağlamlığını yaxşılaşdırır: qan damarlarının elastikliyini artırır və qan laxtalanma riskini azaldır.

"Ən çox likopen artıq yetişmiş pomidordadır, əsasən də qabıq hissəsində. Tomat şirəsi hazırlayarkən (məsələn, qaynama və ya sterilizasiya) vitaminlərin bir hissəsi məhv olur, lakin likopenin miqdarı, əksinə, hər hansı bir istilik emalı ilə artır. Ən çox likopen günəşdə qurudulmuş pomidorda olur", - bioloq qeyd edib.

Bundan əlavə, tomat şirəsi ödqovucu və iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Onu gündə iki stəkana qədər içmək olar, lakin duz, şəkər və konservantlar olmayan içkiləri seçmək daha məsləhətlidir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.