Sağlamlıq

40 yaşdan sonra arıqlamaq üçün SADƏ ÜSUL

7 Fevral 2024 23:04
Baxış: 1 326
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Diyetoloq Nikki Uilyams 40 yaşdan arıqlamağın yollarını açıqlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, xüsusilə qadınlar 40 yaşdan sonra sürətlə kilo almağa başlayır.

Onun sözlərinə görə, bu, orqanizmin hormonal sistemindəki dəyişikliklərlə bağlıdır:

"Bütün qadınlar üçün uyğun universal pəhriz yoxdur. Ancaq bəzi qidalar sağlamlığa əhəmiyyətli təsir göstərə bilər. Pəhrizin əsasını tərəvəzlər təşkil etməlidir. Ən yaxşı tərəvəz seçimlərindən bəziləri brokoli, kələm, gül kələm, yarpaqlı göyərtidir. Tərkibi sağlam yağlarla zəngin olan avokado, yağlı balıq, kokos yağı, zeytun yağı, qoz-fındıq kimi qidalara üstünlük vermək lazımdır. Arıqlamaq üçün gündəlik yeməklərinizi dörd əsas yerə bölmək daha yaxşıdır: səhər yeməyi, günorta qəlyanaltı, nahar və şam yeməyi. Yeməklər arasında qəlyanaltıdan imtina etmək daha yaxşıdır. Əsas yeməklər arasındakı fasilələr 5-6 saat olmalıdır".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.