Sağlamlıq

Ər-arvad bir-birini “yüksək təzyiqə” yoluxdura bilir

12 Dekabr 2023 02:50
Baxış: 887
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əgər ər təzyiq xəstəsidirsə, arvad da təzyiq xəstəsi ola bilir. Bu, sanki yoluxucudur. Azərbaycanda da belədir: ailədə ər-arvad həmişə cüt təzyiq xəstəsi olur.

Milli.Az "Medicina"a istinadən xəbər verir ki, alimlər bunun səbəbini araşdırıb.

Miçiqan Universitetinin alimləri müxtəlif ölkələrdə yaşayan 34 min ər-arvadın tibbi məlumatlarını təhlil edib.

Nəticələr göstərib ki, əgər ər-arvaddan birində hipertoniya diaqnoz olunubsa, digərində yaranma riski 10-20% artır.

Belə ki, İngiltərə cütlüklərinin 47%-də, ABŞ-da 37%, Çində 19%, Hindistanda 18% cütlük hipertoniyası müəyyən edilib.

Bu sindromun bir səbəbi var: ər-arvadın vərdişləri və həyat tərzi eynidir. Onlar elə yaşayır ki, təzyiq riski artır.

Hansı ölkədə ailə ənənələri möhkəmdir, orda ər-arvadda eyni xəstəlik riski olması da yüksəkdir.

Alimlər cütlüklərə tövsiyə edib ki, əgər birində təzyiq aşkarlandısa, digəri gözləməsin, arxayın olmasın, müayinə olunsun və qarşısını alsın.

Hipertoniya diaqnozu 40 yaşından sonra qoyulur, bu zaman təzyiq 140/90-ı keçməlidir.

Evdə 1 ay müddətində səhər-axşam təzyiqi ölçüb qeyd etməklə, təzyiq gündəliyi tutmaq tövsiyə olunur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.