İltihabəleyhinə, klimaks zamanı müalicəvi vasitə
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Turş dada malik olan turşəng el arasında əsasən quzuqulağı kimi də tanınır. Turşəng çox faydalı göyərtidir. O, müxtəlif vitamin və minerallarla zəngindir. Bu bitkinin 150 növü mövcuddur.
Bu göyərtinin tərkibində C, K, E, B qrupu vitaminləri, biotin, beta-karotin, efir yağları, orqanik turşular, maqnezium, kalsium, fosfor, dəmir kimi minerallar var.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, C vitamini ilə zəngin olan turşəng immun sisteminə çox müsbət təsir edir. Bu isə yazda xüsusilə vacibdir.
Həmçinin C vitamini orqanizmdə dəmirin mənimsənilməsinə kömək edir. Bu səbəbdən turşəngi ətlə birlikdə qəbul edin. Bu ətdə olan dəmirin daha yaxşı sovrulmasına kömək edəcək.
Turşəngi və digər təzə göyərtiləri tez-tez qəbul edən insan özünün yaz avitaminozlarından qoruya bilər.
Qədim zamanlardan turşəng qadınlarda klimaks zamanı müalicəvi vasitə kimi istifadə olunurdu. Turşəngin müntəzəm qəbulu (təbii ki, az miqdarlarda) klimaksın xoşagəlməz simptomlarını azaldır.
Turşəng həzm proseslərinə çox müsbət təsir edir, qidanın həzmini yaxşılaşdırır, qəbizliklə mübarizə edir. Lakin mədə şirəsinin turşuluğunun artması ilə müşayiət olunan qastritlər zamanı bu göyərtini yemək tövsiyə edilmir.
Qidalı liflərlə zəngin olan turşəng bağırsaqları orada yığılan şlaklar və toksinlərdən yaxşı təmizləyir.
Turşəng iltihabəleyhinə, antitoksik təsirə malikdir.
Turşəngin tərkibində olan turşəng turşusu qan damarlarını xolesterindən təmizləyir, onların elastikliyini artırır.
B qrupu ilə zəngin olan turşəng sinir sistemi üçün faydalıdır, orqanizmdə hüceyrələrin yenilənməsini sürətləndirir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İmtahandan əvvəl nə yeməli? - Diqqəti və yaddaşı gücləndirən qidalar
-
"Rasimə nə çörək, nə su verdilər, hətta yatmağa da qoymadılar"
-
Bu tərəvəz əsl MÖCÜZƏDİR
-
Səhərlər ilıq su içsək, nə olar?
-
Portağalın hansı faydaları var?
-
Mədəniz narahatdırsa, bunları edin
-
Bədəninizi alkoqoldan tez "təmizləmək" üçün sadə ÜSUL
-
Dondurmanın bilmədiyimiz faydaları
-
Oğlu ilə gəzintidən FOTOlar paylaşdı
-
907-ci qolunu vurdu
-
Fatimə qızı və nəvəsi ilə - FOTO
-
Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı paylaşım edib - FOTO
-
İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib - VİDEO - FOTO
-
Günün qoroskopu: geri dönmək deyil, irəli getmək zamanıdır
-
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
-
Xalq artistinə ad günü sürprizi
-
İkinci dəfə ana oldu - FOTO
-
Ölüm ildönümündə ailəsi və sənət dostları məzarını ziyarət etmək istəmədi
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində Şükürbəyli kəndinin sakinləri ilə görüşündən görüntülər paylaşılıb - VİDEO
-
“Qalatasaray” ardıcıl dördüncü dəfə Türkiyə çempionu olub
-
Zeynəb Bastık Parisdə evlilik təklifi aldı - FOTO
-
Laləlikdə maşın sürənlərlərə bağlı tədbir görüldü - VİDEO
-
Müctəba Xamenei artıq tam sağalıb
-
"Sumqayıt" "Araz-Naxçıvan"I məğlub edib





