Sağlamlıq

İsti havada idman etmək hansı problemlərə səbəb ola bilər?

31 İyul 2022 18:40
0 Şərh     Baxış: 967
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsti havada qan damarları sürətlə genişlənir, nəbz maksimum həddə çatır. Əgər insan eyni zamanda idmanla da məşğul olarsa, o zaman istilik vurması və qıcolma riski yüksəkdir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə həkim-terapevt Natalya Prosyannikova məlumat verib.

İstilərdə açıq havada intensiv fiziki fəaliyyətdən qaçmaq tövsiyə olunur, bu halda idman zalında dərslərə üstünlük vermək daha məqsədəuyğun hesab olunur. Çünki aktiv məşqlər orqanizmin susuzlaşmasına səbəb ola bilər.

"Hətta cüzi fiziki aktivlik bədən istiliyinin artmasına gətirib çıxarır və isti havalarda qan damarlarımız daha sürətlə genişlənir, nəbz maksimuma çatır. Bütün bunlar istilik vurmasına, qıcolmalara və əzələ kramplarına səbəb ola bilər. Məşq zamanı kifayət qədər su içməsəniz, kardio və ya güc məşqləri kimi məşqlər orqanizmin susuzlamasına səbəb ola bilər", - deyə terapevt xəbərdarlıq edib.

Mütəxəssis onu da qeyd edib ki, küçədə idmanla məşğul olmaq üçün səhər saatları daha məqbuldur. Həmçinin bu zaman təbii, nəfəs ala bilən materiallardan paltar seçmək və kifayət qədər su içmək məsləhət görülür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.