Sağlamlıq

Dırnaqlarını dişi ilə qopardanları gözləyən TƏHLÜKƏ

21 Mart 2022 19:29
0 Şərh     Baxış: 940
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dırnaqları və ətrafını dişlərlə qoparıb çeynəmək və qırmaq tibdə Onixofagiya adlanır.

Dırnaqlarını yeyənlərdə çox vaxt stress, nevroz, təşviş pozuntusu olur.

Dünyada hər 3 nəfərdən birində bu zərərli vərdiş var və onlar bunu qeyri-ixtiyari edir.

Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, dırnaqları və ətraf dərisini dişlərlə qoparmaq psixi davranış pozuntusudur.

Bu vərdiş orqanizmə infeksiya qapısı açır və dermatoloji baxımdan çox təhlükəliidr.

Həkim dermatoloq Nataliya Şepleva bildirib ki, dırnaq ətrafında sıyrıntı, yara, dəri defekti bakterial və göbələk infeksiyaları qapısı rolunu oynayır.

Zədələnmiş yerdən istənilən bakteriya orqanizmə keçir.

Eləcə də həmin nahiyədə dəriyə sabun, yuyucu kimyəvi vasitələr daha çox təsir edir və bu vasitələrdə olan kimyəvi toksiki maddələr də dırnaq dibindən daxil olub qana keçir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.