Sağlamlıq

Omikrondan sonra boğaz və səsi necə bərpa etməli?

21 Fevral 2022 23:05
0 Şərh     Baxış: 2 105
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Omikron boğazı, səs tellərini zədələyir, xəstələr uzun müddət quruluq, qıcıqlanma, öskürək, səs batmasından əziyyət çəkir.

Milli.Az xəbər verir ki, otolorinqoloq həkim Aza Mahmudova bu problemlərin həlli yollarını açıqlayıb.

"İndi qış olduğu üçün otaqlar kondinsioner, radiatorlarla isidilir. Bu da havanı daha da qurudur. Omikrona yoluxanlar ən azı 2 ay işlədikləri və yatdıqları otaqda havanı nəmləndirməlidir.

Bunun üçün xüsusi cihaz, aparat və püskürdücülər var. Əgər bir şey tapa bilməsəniz, otaqda radiatorların qarşısına, pəncərə kənarına su dolu enli qab, ləyən qoya, suda isladılmış dəsmal və ya mələfəni radiatorun üzərinə sala bilərsiz.

Nəmli, rütubətli hava burun-boğaz selikli qişalarının normal funksiyası üçün vacibdir. Otaqda nəmlik göstəricisi 35-45 faiz olmalıdır.
Omikron boğazın, udlağın arxa divarını zədələyir, səs telləri bağları elastikliyini itirir, səs tutulur.

Xəstələr qismən səs batması yaşayır.

Bunun üçün onlar boğaz selikli qişasını bərpa edən spreylərdən istifadə etməli, tez-tez ilıq su içməli, az danışmalıdır ki, səs telləri bərpa olsun. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.