Herpes virusu və onunla mübarizə yolları
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ən geniş yayılan viruslardan biri də herpesdir. "Herpes" yunan dilindən tərcümədə sürünən mənasını verir. Hüceyrədaxili virus dəridə sinir uclarında oturur və aylarla gizli qalır. İmmun sistemi zəiflədiyi vaxtlarda aktivləşərək özünü büruzə verir. İnsan və heyvan orqanizmi üçün 90-dan artıq patogen növə malikdir.
Milli.Az xəbər verir ki, həkim-dermatoloq Sevinc Kərimova bildirib ki, sinir hüceyrələrində yerləşən herpesin 8 tipi var və onlardan üçünə daha çox rast gəlinir: "Əhali arasında uçuq adlandırılan herpesin bir növü əsasən dodaqlarda, burun qanadlarında, üzün yanaq nahiyəsində daha çox rast gəlinir. Herpesin nisbətən geniş yayılan daha bir növü uşaqlarda özünü suçiçəyi, böyüklərdə kəmərləyici dəmrov şəklində büruzə verir".
Bəzi insanlarda ildə iki-üç dəfə, bəzilərində isə həyatı boyu bir dəfə uçuq çıxır. İnkubasiya dövrü 7-10 gün davam edir. Hava-damcı yolu və təmasla keçən virus əhval-ruhiyyənin pisləşməsi, iştahasızlıq, bədən hərarətinin yüksəlməsi və əzginliklə müşahidə olunur. Həkim-dermatoloqun dediyinə görə, aparılan müalicələr virusların yox edilməsinə deyil, qabaqlayıcı, ya da xəstəliyin təsirini azaltmaq məqsədi daşıyır: "İmmun sistemini gücləndirmək, qida rasionunu tənzimləmək onun profilaktikasında əsas vasitə sayılır. Əsasən meyvə-tərəvəz, minerallarla zəngin qidalar qəbul etmək lazımdır. Bundan başqa virus əleyhinə preparatlardan da istifadə olunur. Antiviral preparatların heç biri dəriyə yoluxan herpesi məhv etməyə tam təminat vermir. Lakin ilkin yoluxma zamanı herpesin kəskin vaxtı düzgün müalicə aparılanda müəyyən qədər həmin virusdan azad olmaq mümkündür".
Bir dəfə herpesə yoluxması onun ömürlük orqanizmdə qalması üçün kifayətdir. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına əsasən dünyada 3,7 milyard insanda herpes virusu var.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu BÜRCLƏR ilin sonuna qədər yeni İŞ TAPACAQLAR
-
Magistraturalara qəbul imtahanının ikinci cəhdi keçirildi
-
Sağlamlığa ən az ziyan vuran çörək BUDUR
-
“Bavariya”dan yeni REKORD
-
Slovakiya Baş nazirinin müavini Azərbaycana səfərə gəlib - FOTO
-
Afət Kəmalə Günəşlinin həmin VİDEOsundan danışdı
-
Sabah da intevsiv yağış yağacaq
-
İlham Əliyev Oljas Süleymenovu təbrik edib
-
Qız evinin hədiyyəsi bəyi sevincdən "UÇURTDU" - VİDEO
-
WUF13-də Vətəndaş Təşəbbüsləri və Vətəndaş Cəmiyyəti Təşkilatlarının Assambleyasının açılış sessiyası keçirilir
-
Bakı beynəlxalq miqyasda digər şəhərlərə nümunə ola bilər - CAR rəsmisi
-
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib - FOTO
-
Türk müğənni qalmaqallı bələdiyyə sədrinə ƏRƏ GEDİR - FOTO
-
Ağır QƏZA: 3 ölü və yaralılar var - FOTOlar
-
İntensiv yağışın fəsadları aradan qaldırılır - FOTO
-
Azərbaycanda 79 şəhərdən 68-nin Baş planı yenilənib - Anar Quliyev
-
Mourinyo "Real" üçün "Barselona"nın bu oyunçusunu İSTƏYİR
-
Pakistanlı nazir: Azərbaycan qlobal şəhərsalma həllərində liderlik nümayiş etdirir
-
WUF14 Mexikoda keçiriləcək
-
Kəmalə Günəşlinin arxiv VİDEOsu yayıldı: "Yenə pul qoyurdular..." - VİDEO
-
Meloni səfərini yarımçıq qoyub təcili İtaliyaya qayıtdı
-
Türk məşhur Sumqayıta gəlib, izləyicilərini Afrikadadır deyə, ALDATDI - FOTOlar
-
AZAL: Naxçıvan Beynəlxalq Hava Limanı ilə bağlı yayılan görüntülər həqiqət deyil - VİDEO
-
Toyda gəlinin uşağa kobud reaksiyası MÜZAKİRƏ YARATDI - VİDEO





