Sağlamlıq

Vaksin yoluxma zəncirini qırmağın yeganə yoludur - Həkim

2 Fevral 2022 20:36
0 Şərh     Baxış: 1 222
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirusa yoluxanlarda daha çox öskürək və yüksək hərarət müşahidə olunur. Bədən hərarəti 39 dərəcəyə qədər yüksələ bilər. Həm koronavirusda, həm də influenza qripində bu əlamətlər görünə bilər. Vaksin yoluxma zəncirini qırmağın və xəstəliyi nəzarət altına almağın yeganə yoludur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu həkim-infeksionist Vüsalə Yaşar "Koronavirusla mübarizədə diqqət yetirilməli məqamlar" mövzusunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, yoluxma sayı yüksək olsa da, xəstəxanalarda aktiv xəstələrin sayı azdır.

"Vaksin yoluxma zəncirini qırmağın və xəstəliyi nəzarət altına almağın yeganə yoludur. "Omikron" ştammı yüngül keçirilsə də, yoluxuduruculuq qabiliyyəti yüksəkdir. Bu xəstəliyin yüngül keçirilməsinin də səbəbi peyvəndlənmədir", - deyə o qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.