"Temperatur 38 və daha yüksək ola bilər..."
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qrip hər il dünyada təxminən 2-5 milyon nəfərə yoluxan, dünya əhalisinin 250 mindən çoxunun ölümünə səbəb olan influenza virusunun törətdiyi infeksion xəstəlikdir. Xəstəliyə səbəb olan influenza virusunun (H3 N2) quruluşu asanlıqla dəyişir. Virusun tərkibinin asanlıqla dəyişməsi xəstəliyə hər il yoluxmaya səbəb olan amillərdəndir. Tarixdə bilinən ən böyük qrip epidemiyalarından biri Birinci Dünya müharibəsi zamanında qeydə alınan və müharibənin özündən daha çox ölümə səbəb olan İspan qripidir. 2009 ildə Meksikadan başlayıb dünyaya yayılan pandemiyaya isə H1 N1 (Donuz qripi) virusu səbəb olub.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi Zakir Quliyev deyib.
Həkim-mütəxəssis qripin əlamətləri barədə məlumat verib. Bildirib ki, qrip ani başlayan hərarət, öskürək, boğaz ağrısı, başağrısı, burun axıntısı, əzələ və oynaq ağrıları ilə izlənilir: "İnfluenza virusu yuxarı və aşağı tənəffüs yollarında artıb çoxalır və hüceyrələrin nekrozuna səbəb olur. Qısa inkubasiya dövründən sonra temperatur yüksəlir, başağrısı, halsızlıq, iştahasızlıq özünü göstərir. Ağrı daha çox alın, gicgah nahiyəsində, qaşların üstündə, göz almalarında və bəzən beldə müşahidə olunur. Oynaq, əzələ ağrıları xəstəni olduqca halsız edir. Temperatur 38 və daha yüksək ola bilər və bir neçə gün davam edir. Xəstədə boğaz ağrısı, burun axıntısı, əvvəlcə quru sonra selikli öskürək, səsin qalınlaşması, gözlərdə konyuktivaların qızarması, müayinə zamanı yumşaq damaqda və udlaqda səpgilər müşahidə olunur. Öskürək hətta hərarət endikdən sonra belə davam edir. Öskürək zamanı döş nahiyyəsində ağrı nəzərə çarpır. Bəzən hətta qarın ağrısı və ishala da rast gəlinir".
Qrip hava-damcı yolu ilə yoluxur. Öskürən və ya asqıran xəstə içində çox sayda virus olan damlacıqları ətrafa yayır. Bu damlacıqlar ağız, burun ya da gözlərə təmas etdikdə xəstəlik yoluxur. Ona görə də qripli xəstə virusu ətrafa yaymamaq üçün öskürüb asqırırkən ağzını dəsmalla, əgər dəsmal yoxdursa, qolları ilə tutmalıdır. Qrip xəstəsi tez-tez əllərini yumalı, su və sabun olmadıqda əl antiseptiklərindən istifadə etməlidir".
Z.Quliyev, həmçinin qrip peyvəndi barədə də danışıb. Qeyd edib ki, qrip hər il oktyabrdan başlayaraq dekabra qədər artır, aprel-may aylarında da çox müşahidə edilir: "Ona görə, qrip peyvəndi hər il oktyabr ayında vurulmalıdır. Ancaq risk qrupunda olanlar daha əvvəl peyvənd vurdurmadıqları halda, onlara fevral ayına qədər peyvəndlənə bilər. Peyvənd bütün dünyada 60 ildən artıqdır ki, istifadə olunur və 70 faizdən çox hallarda vətəndaşları qripə yoluxmaqdan qoruyur, risk qrupuna daxil olanlarda yarana biləcək fəsadların (məsələn, ağır ağciyər infeksiyaları) qarşısını alır. Xəstəliyin qarşısının alınmasında peyvəndlə yanaşı, əl gigiyenasının təmin edilməsi və ümumi sağlamlıq tədbirlərinə (qidalanma, fiziki fəaliyyət və yuxu rejimi) diqqət yetirilməsi, kütləvi toplaşmalardan və xəstələrdən uzaq durmaq mühüm əhəmiyyət kəsb edir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
-
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin
-
“Niyə toyuq əti mağazaları bürüyüb, xoruz isə satılmır” – Mütəxəssisdən şok iddia - (Video)
-
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
-
Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...
-
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
XƏBƏR LENTİ
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
-
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
-
Azərbaycan nefti bahalaşıb
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Ötmə qaydasının pozulması sərnişinin həyatına son qoydu - (Video)
-
250 mindən çox ailəyə sosial müavinət verilə bilər - Yeni təklif
-
Nepalda daşqın nəticəsində ölənlərin sayı 1386 nəfərə çatdı
-
Bolqarıstanda sursat anbarlarında yanğın və partlayış oldu
-
Trampın şəxsi təyyarəsinin görüntüləri yayıldı - (Video)
-
Ələt Avrasiyanın xəritəsini dəyişir: Azərbaycan qlobal logistikanın mərkəzinə çevrilir
-
Azərbaycanda son sutkada 114 axtarışda olan şəxs saxlanılıb
-
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb
-
45 yaşlı azərbaycanlı dron hücumunda həlak oldu - (Foto)
-
Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək
-
Tramp Avropa liderləri ilə görüşəcək
-
“Brent” markalı neftin qiyməti ucuzlaşdı
-
Konqoda Ebola təhlükəsi: Yoluxanların sayı 7 000-i ötüb
-
"İran yaralanıb, amma ləyaqətini qoruyub saxlayır"
-
Bu ayda doğulanlar 105 ildən çox yaşayırlar
-
Ərini öldürüb basdırdığı yerə gül əkən qadına 12 il HƏBS CƏZASI
-
Təyyarə avtomobildən 626 dəfə təhlükəsizdir: müxtəlif nəqliyyat növləri risklərinin müqayisəsi
-
Səhər yorğun oyanırsınızsa, səbəb gecə etdiyiniz bu səhvdir
-
Ayın sonunda pulunuz qalmırsa, 5 səhvdən birini edirsiniz





