Gürcüstan

Tbilisidə etirazlar yenidən qızışdı

29 Oktyabr 2024 21:24
Baxış: 1 812
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tbilisidə müxalifətin Gürcüstan parlamentinin binasına doğru yürüşü başlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, Tbilisi Dövlət Universitetinin binası yaxınlığında toplaşan etirazçılar Rustaveli prospektində parlament binasına doğru yürüş ediblər. Aksiya iştirakçılarının Gürcüstanın və Avropa İttifaqının (Aİ) bayraqlarını, eləcə də Avropaya inteqrasiyanı dəstəkləyən şüarlar yazılmış plakatlar daşıdıqları bildirilir.

Qeyd edək ki, ötən gün də Tbilisidə parlament binası qarşısında Gürcüstan müxalifətinin oktyabrın 26-da keçirilmiş seçkinin nəticələrinə etiraz aksiyası keçirilmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.