Gürcüstan

Tbilisidə polislə etirazçılar arasında qarşıdurma: xüsusi təyinatlılar səfərbər edildi - FOTO

29 Aprel 2024 00:10
Baxış: 735
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tbilisidə "xarici təsir" qanunu əleyhinə aksiya keçirən etirazçılar Respublika meydanından parlament binasına yürüş ediblər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hazırda parlament binasının ətrafında vəziyyət gərgindir.

Binanın girişlərinin təhlükəsizliyi gücləndirilib. Etirazçılardan bəziləri hakim "Gürcü Arzusu" partiyasının sabah parlament binasının qarşısında keçiriləcək mitinqi ilə əlaqədar quraşdırılmış səhnəni tutmağa çalışıblar.

Nəticədə polislə etirazçılar arasında qarşıdurma olub, polis bibər qazından istifadə edib.

Bu dəqiqələrdə əraziyə xüsusi təyinatlı polis dəstələri və su şırnağı səfərbər edilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.