Fransa hökuməti yeni müstəqillik hərəkatını yatırmaq üçün repressiyalardan istifadə edir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Korsikanın yeni müstəqillik hərəkatı "Nazione"nin yüzə yaxın üzvü və tərəfdarı yanvarın 30-da Korsikanın Bastia kommunasında polis idarəsi qarşısında etiraz aksiyası keçirərək, onun iki fəalının polis tərəfindən həbs edilməsinə qarşı çıxıb.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Corse Matin" nəşri yazıb.
Etirazlara Bastia bələdiyyəsinin üzvləri, o cümlədən bələdiyyə sədri Pyer Savelli, onun müavini Pol Tyeri və gender bərabərliyinə cavabdeh olan bələdiyyə müşaviri Lauda Guidiçelli də qatılıb.
Bundan əvvəl yanvarın 28-də yaradılan "Nazione" hərəkatı "Corse Matin"ə göndərdiyi press-relizdə həbs edilmiş iki üzvünə dəstək verdiyini açıqlayıb və Bastia polis idarəsi qarşısında aksiyaya çağırıb.
"Biz liderlərimizin həbs edilməsini ən sərt şəkildə qınayırıq: qapılar sındırılıb, evlər dağıdılıb, atalar uşaqlarının gözü qarşısında yerə yıxaraq saxlanılıblar", - press-relizdə deyiir.
"Patriotti"nin Facebook səhifəsində polisin fəallardan birinin evinə vəhşicəsinə daxil olaraq qapıları sındırdığını nümayiş etdirən fotolar yerləşdirilib.
"Bu səhər "Naziona" hərəkatımızın Baş Assambleyasının təsis edilməsinə Fransa dövləti təxribatla cavab verdi. Bu həbslər Fransanın öz xalqı uğrunda mübarizə aparan korsikalılara qarşı 254 illik repressiyasının bir hissəsidir. "Nazione" təxribatlara cavab verəcək!", - nəşr yazır.
Qeyd edək ki, Bastia kommunasındakı etiraz aksiyası zamanı nümayişçilər yeni hərəkata qarşı aqressiv həbs və repressiya üsullarını pisləyiblər.
Aksiyada iştirak edən "Nazione" hərəkatının ərazi şurasının üzvü Jozefa Cakometti Piredda fəalların həbsini qınayıb.
"Təhdid və təxribatlar qəbuledilməzdir. Lakin onlar öz məqsədlərinə nail ola bilmədilər. Biz sakit və qərarlıyıq", - Piredda bildirib.
Öz növbəsində Korsika İşçiləri İttifaqı (Sindicatu di i Travagliadori Corsi - STC) də "Nazione" hərəkatını dəstəklədiyini bəyan edib: "Paris repressiyaların səviyyəsini artırmaqla Korsikadakı ab-havanı zəiflətmək istəyir. Ölkəmizdə davamlı sülhün bərqərar olması üçün bu çirkin manipulyasiyalara dərhal son qoyulmalıdır".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Tiflisdə Azərbaycan vətəndaşı saxlanıldı
-
Gürcüstanın keçmiş müdafiə naziri 10 il müddətinə həbs edildi
-
Trampın şirkəti Qafqaz ölkəsində 70 mərtəbəli bina TİKƏCƏK
-
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
-
Əfqan Sadıqov Azərbaycana deportasiya edilib - YENİLƏNİB
-
Gürcüstanda azərbaycanlı gənci qisas üçün qətlə yetirdilər - YENİLƏNİB
XƏBƏR LENTİ
-
Azərbaycanla Çex Respublikası nəqliyyat və şəhər mobilliyi üzrə Anlaşma Memorandumu imzalayıb - FOTO
-
Sülh sazişinin imzalanacağı tarixi açıqladı
-
Qız qaçırmaq istəyərkən dava düşdü - 4 yaralı var - YENİLƏNİB
-
"İndi qorxumdan heç bir restoranda yemək yemirəm"
-
Volodimir Zelenski Prezident İlham Əliyevə zəng edib
-
Şəhid atası vəfat etdi
-
4 uşaq anası olan bloqer evinin qarşısında güllələndi - FOTO
-
Kvaratsxeliyanın qardaşı Avropa nəhənginə keçir
-
Bir neçə kənddə qaz kəsiləcək
-
Bu şəxslərə müavinət ödəniləcək
-
İlk dəfə qızından danışdı
-
Əjdər İbrahimov əfsanəsi Vyetnamda yenidən canlanıb - FOTO
-
Anasının və nənəsinin mirasının böyük hissəsini xərcləyib
-
CNN-in qurucusu vəfat etdi
-
Azərbaycanda ən sürətli yol bura oldu - 130km/saat
-
22 yaşlı qız atası və əmisi ilə bağlı videomüraciət yaydı
-
Ukrayna Rusiyanın 9 May paradı atəşkəsini qəbul etmir
-
Elektron satınalmaların dəyəri 9% - dən çox artıb
-
Pis çıxmasın, biədəb nə etmişik ki?
-
Sabah Azərbaycandan tranzit keçməklə Ermənistana alüminium və taxıl göndəriləcək
-
Oğurladığı bank kartı ilə alış-veriş edən şəxs TUTULDU
-
"Mən bu qıza ZÜLM ETDİM"
-
Bunu etsəz 200 manatadək CƏRİMƏLƏNƏCƏKSİNİZ
-
76 yaşlı Kadir İnanırın son halı kədərləndirdi - FOTO





