Gürcüstan

Ermənistanla Gürcüstan hərbi sahədə əməkdaşlıqla bağlı sənəd imzaladı

17 Noyabr 2023 15:40
Baxış: 3 448
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstan Müdafiə naziri Cuanşer Burçuladze İrəvana səfəri çərçivəsində erməni həmkarı Suren Papikyanla görüşərək bölgədəki təhlükəsizlik mühitini nəzərdən keçirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin məlumatında bildirilib. Qeyd olunub ki, Cuanşer Burçuladze Gürcüstanın "Dinc Qonşuluq Təşəbbüsü" layihəsi çərçivəsində regionda sülh prosesinin təşviqini davam etdirməyə hazır olduğunu vurğulayıb.

Məlumatda tərəflərin Ermənistan və Gürcüstan arasında müdafiə sahəsində cari və gələcək əməkdaşlığı müzakirə etdiyi, görüşdən sonra iki ölkənin müdafiə nazirlikləri arasında qarşılıqlı əməkdaşlıq planı imzaladığı qeyd olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.