Gürcüstan

Tiflis: Rusiyadan deyil, Azərbaycandan asılıyıq

17 Mart 2022 19:18
0 Şərh     Baxış: 1 538
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2021-ci ildə Gürcüstanda Rusiya qazının payı ümumi idxalın 15%-ni, elektrik enerjisinin isə müvafiq olaraq 7%-ni təşkil edib. Ölkə Rusiyadan asılı deyil.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın Enerji və Su Təchizatı üzrə Milli Komissiyasının (GNERC) rəhbəri David Narmaniya deyib.

"Uzun illərdir ki, Rusiyadan təbii qaz idxalı 10%-i ötmür. Təbii qazın 90%-ə qədərini Azərbaycandan alırıq. Ölkəmizin yerləşdiyi coğrafi mövqeyə görə, başqa mənbəmiz (qaz - red.) və qonşularımız yoxdur", - Narmaniya bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.