Seçkilər

Daha 14 seçki məntəqələrində nəticələr ləğv edildi

25 Fevral 2020 20:27
Baxış: 8 432
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mərkəzi Seçki Komissiyasının (MSK) iclaslarından əlavə bir sıra seçki məntəqələrində səsvermənin nəticələri ləğv edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, MSK-nın bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova bildirib ki, təqdim edilmiş protokollarım və buna əlavə edilmiş seçki sənədlərinin yoxlanılması zamanı bir sıra seçki dairələri üzrə seçki məntəqələrində qanun pozuntuları müəyyən edilib. Onun sözlərinə görə, 11 saylı Qaradağ Seçki dairəsinin 5 saylı, 54 saylı Şabran-Siyəzən Seçki Dairəsinin 12, 19, 45 və 61 saylı, 91 saylı Ucar Seçki Dairəsinin 8, 13 və 20 saylı, 101 Göygöl-Daşkəsən Seçki Dairəsinin 3, 6, 24, 32 və 42 saylı, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd Seçki Dairəsinin 66 saylı seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyən etməyən hallar aşkarlanıb. Həmin seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız sayılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.