Hesabat təqdim etməyən partiyaların qeydiyyatı niyə ləğv edilmir? - MSK səbəbini açıqladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mərkəzi Seçki Komissiyası (MSK) illik maliyyə hesabatlarını təqdim etməyən siyasi partiyaların qeydiyyatının ləğv edilməməsinin səbəbini açıqlayıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər. MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir. Ancaq bəzi partiyalar buna əməl etmirlər.
Bu məsələyə münasibət bildirən MSK sədri Məzahir Pənahov bildirib ki, illik maliyyə hesabatı verməyən siyasi partiyaların qeydiyyatının ləğv olunması məsələsi qaldırıla bilər.
Buna səlahiyyətlərinin də çatdığını deyən MSK sədrinin sözlərinə görə, beynəlxalq təşkilatlarla belə müzakirə aparıblar ki, bu kimi hallar siyasi partiyaların bağlanmasına səbəb olmasın. Çünki beynəlxalq aləmdə siyasi partiyanın fəaliyyətinin dayandırılması informasiyası neqativ qəbul olunur: "Onlara deyə bilməzsən ki, bu siyasi partiyaların nə rəhbəri, nə də ünvanı var. Onlar belə partiyanın olmasından xəbərsiz olsalar da, onun bağlanmasını normal qarşılamırlar. Düşünürlər ki, siyasi partiya necə ola bilər ki, fəaliyyətsiz olub və bağlanıb?! Hesabat verməyən siyasi partiyanın varlığı ilə yoxluğunun bizim üçün bir fərqi yoxdur. Amma Ədliyyə Nazirliyi qarşısında partiyanın qeydiyyatının ləğvi məsələsi qaldırılsa, hamı deyəcək ki, Azərbaycanda siyasi partiyanın qeydiyyatı ləğv edildi. Baxmırlar ki, Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatı təqdim etməyən siyasi partiyalar 10-15 ildir ki, fəaliyyətsizdirlər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Arka sokaklar"ın ulduzu dəyişimi ilə təəccübləndirdi - VİDEO
-
Nazir Ermənistanla sülh sazişindən danışdı
-
Ucarda parlament seçkilərinə start verilib
-
YAP veteranları da deputat siyahısına saldı
-
“Kaş onun dadına bir də baxa bilərdim” - Bakıdakı yeməyi xatırladı
-
Atatürk “olmaq” üçün belə makiyaj ediblər - VİDEO
XƏBƏR LENTİ
-
Azərbaycanda hava dəyişir - Leysan, dolu... - Proqnoz
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
-
8 ayda 35 mindən çox şəxsə əlillik verilib
-
Rusiya ordusunun itkiləri 1,5 milyonu keçdi
-
Pensiyaçılar da daxil olmaqla bu şəxslərin tibbi xidməti DİN-ə həvalə edildi
-
Azad edilmiş ərazilərdə 4 məscid, 7 türbə və 13 məbəddə iş aparılıb - Səadət Yusifova
-
Məhkəmə anasına qarşı sərt davranan övladı miras payından məhrum etdi
-
Aktöbəyə ilk reys uğurla həyata keçirilib - (Foto)
-
Bakıda GES və Batareya Enerji Saxlanc Sistemi tikiləcək
-
Bu şəxslər universitet bitirsə də, 18 ay xidmət edəcək
-
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
-
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib - (Video/Foto)
-
"Kurtlar vadisi"nin məşhur aktyoru yeni serialda - (Foto)
-
Azərbaycanın UNESCO irsi və xalçaçılıq sənəti Peruda belə tanıdılır - (Foto)
-
Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq
-
İşsiz şəxslərin diqqətinə: 478 manat...
-
“Həzi Aslanov” metrosunda yenilik - İşlər nə vaxt bitəcək?
-
“Ziraat Bank Azərbaycan” enerji effektivliyi layihələri üçün güzəştli maliyyələşməyə başlayıb!
-
"Çirkin"in yayım tarixi bəlli oldu
-
Su quyusuna yıxılan qadın öldü
-
Prezident İlham Əliyev: Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı
-
Tarixi-dini abidələrin vahid məlumat bazası yaradıla bilər - Ramin Məmmədov
-
Azərbaycanda doğulanların sayı azalıb
-
Arda Gülerə Bellinqemdən böyük hörmətsizlik - (Video)





