Seçkilər

200 milyon dollarlıq döyüş: Makqreqor Meyvezerə qarşı - VİDEO - FOTO

29 İyun 2017 09:59
0 Şərh     Baxış: 7 525
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən məşhur boksçularından biri, müxtəlif versiyalarda 12 dəfə dünya çempionu olmuş amerikalı Floyd Meyvezerlə yüngül çəkidə UFC versiyası üzrə dünya çempionu, məşhur əlbəyaxa döyüşçü Konor Makqreqor rinqdə qarşılaşacaqlar.

Milli.Az NBC-yə istinadən bildirir ki, qarşılaşma avqustun 23-də ABŞ-ın Nevada ştatındakı Las-Veqas şəhərində, "MGM Grand" kazinosunda keçiriləcək.

Döyüşdə irlandiyalı K.Makqreqorun sekundantları baş məşqçi Con Kavana, zərbə texnikası üzrə məşqçi Ouen Roddi, habelə sparrinq-tərəfdaş Artyom Lobov olacaq. Daha bir sekundantın adı açıqlanmır.

Bu şəxslərin üçü də MMA müütəxəssisləridir və yüksək səviyyəli peşəkar boksçulara qarşı döyüş təcrübələri yoxdur.

Döyüşə görə F.Meyvezer və K.Makqreqorun hər biri 100 milyon dollar alacaqlar.

Qarşılaşmanın rəsmi promouteri "Mayweather Promotions" şirkəti, yayım hüquqlarının sahibi isə Showtime telekanalıdır.

Milli.Az

Videoları izləmək üçün şəkilləri klikləyin:

Onilliyin döyüşü olacaq - 1

Onilliyin döyüşü olacaq

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.