Təhsil

Tələbələr üçün ŞAD XƏBƏR

2 Mart 2025 17:38
Baxış: 2 395
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Prezident İlham Əliyevin 23 dekabr 2024 cü il tarixində imzaladığı sərəncama əsasən, sosial müavinətlər, eləcədə təqaüdlərin artırılması nəzərdə tutulur. Sosial paket yalnız pensiya və maaşlarda artımları özündə ehtiva etmir. Eyni zamanda müavinət və təqaüdlərdə artımlar nəzərdə tutulub və həmin sənədə əsasən Nazirlər Kabinetinə sənəd imzalandıqdan üç ay müddətində sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması və təqdim olunması tapşırılıb".

Milli.Az-ın məlumatına görə, bu sözləri Vüqar Bayramov bildirib. 

Onun sözlərinə görə, artıq Nazirlər Kabineti tərəfindən təqaüdlərin, eləcə də sosial müavinətlərin artırılması ilə bağlı təkliflər hazırlanır: "Gözlənilir ki, mart ayının ikinci yarısında həmin təkliflər dövlət başçısına təqdim olunacaq. Çünki mart ayının ikinci yarısı artıq verilən müddət başa çatır.

Qeyd etdiyimiz kimi, artıq mart ayının ikinci yarısında Nazirlər Kabineti tərəfindən təkliflər təqdim olunacaq. Daha sonra təbii ki, cənab Prezident tərəfindən sənədin imzalanması və həm təqaüdlərdə, həm də sosial müavinətlərdə artımların reallaşacağı mümkün olacaq.

Bildiyiniz kimi sosial paket mərhələli şəkildə reallaşır. Biz sosial paketin növbəti mərhələsində qeyd olunduğu kimi, təqaüd və sosial müavinətlərdə artımları müşahidə edəcəyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.