Təhsil

İşə qəbul imtahanı havaya görə təxirə salındı

1 Mart 2025 08:02
Baxış: 322
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Martın 1-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin II mərhələsi (test imtahanı) paytaxtda müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar təxirə salınıb.

Milli.Az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi sosial şəbəkədə məlumat yayıb.

İmtahanın keçiriləcəyi yeni tarixlə bağlı əlavə məlumat veriləcək.

Qeyd edək ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin II (test imtahanı) mərhələsinin təxirə salınması ilə bağlı namizədlərin qeydiyyatdan keçdiyi mobil telefon nömrəsinə SMS göndərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.