Təhsil

İmtahanda texniki nasazlıq - Ləngimə oldu

20 Oktyabr 2024 19:28
Baxış: 478
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

19-20 oktyabr tarixlərini əhatə edən məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan təhsilverənlərin diaqnostik qiymətləndirilməsi yekunlaşıb.

Milli.Az xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.

Bildirilib ki, prosesin test imtahanı mərhələsi respublikanın müxtəlif şəhər və rayonları üzrə 28 imtahan mərkəzində təşkil olunub. Ümumilikdə diaqnostik qiymətləndirilmədə 90% davamiyyət qeydə alınıb.

20 oktyabr tarixində təşkil olunun diaqnostik qiymətləndirilmənin I seansında imtahan sistemində yaranan texniki nasazlıqla bağlı imtahan prosesində ləngimə baş verib. Nasazlıq aradan qaldırıldıqdan sonra imtahan prosesi qaydalara uyğun olaraq yekunlaşıb.

Qeyd edilib ki, cari ildə ilk dəfə təşkil olunan məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən təhsilverənlərin diaqnostik qiymətləndirilməsinin məqsədi pedaqoji heyətin təlim ehtiyaclarını müəyyən edərək sertifikatlaşdırma prosesinə hazırlığı təmin etməkdir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.