Təhsil

Üç mindən çox müəllimin maaşı artacaq

24 Sentyabr 2024 14:53
Baxış: 1 121
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin nəticələri açıqlanıb.

Bu barədə Milli.Az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nəticələr barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Müəllimlər portal.edu.az üzərindən "Sertifikatlaşdırma" bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər.

Təkrar sertifikatlaşdırmanın müsahibələrində 3 393 müəllim uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub. Müsahibələrdə 99 faiz davamiyyət qeydə alınıb.

Təkrar sertifikatlaşdırmadan keçən 3 252 təhsilverənin vəzifə maaşına 35 faiz, 24 təhsilverənin isə 10 faiz artım tətbiq olunacaq.

Qeyd edək ki, müsahibə mərhələsinin apellyasiya müraciətləri 25 sentyabr saat 12:00-dan qəbul olunacaq. Müəllimlər şəxsi kabinetlərinə daxil olaraq 24 saat ərzində apellyasiya müraciəti edə bilərlər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.