Bu universitetdə bəzi müəllimlərin maaşı tələbələrin təqaüdündən azdır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Dillər Universitetinin bəzi müəllimləri maaşlarının az olmasından şikayətçidirlər.
Milli.Az bildirir ki, Xezerxeber.az-ın məlumatına görə, sosial şəbəkələrdə yayılan görüntülərdə müəllimlərdən biri öz maaşı barədə məlumatı istifadəçilərlə bölüşüb.
İddiaya görə, həmin universitetdə 1 semestr ərzində müəllimin aldığı maaş 118 manat olub. Bu isə tələbələrin ay ərzində aldığı adi təqaüdündən 18 manat çox, zərbəçi təqaüdündən 27 manat, əlaçı təqaüdündən isə 57 manat azdır.
Sözügedən məsələ bir çoxlarını təəccübləndirsə də, bəzi müəllimlər bunu adi hal kimi qarşılayıb.
Məsələni aydınlaşdırmaq üçün sözügedən universitetlə əlaqə saxladıq. Universitetdən bildirildi ki, ali təhsil müəssisələrində, o cümlədən Azərbaycan Dillər Universitetində saat hesabı üzrə əməkhaqqının hesablanması Nazirlər Kabinetinin müvafiq qərarına əsaslanır.
Həmçinin bildirildi ki, ştat üzrə çalışan əməkdaşların əməkhaqlarının artırılmasını prioritet seçsə də, elmi şurada qəbul olunan qərara əsasən, saat hesabı işləyən müəllimlərə ödənilən əməkhaqının məbləği də qaldırılacaq.
Maraqlıdır, bəs digər universitetlərdə aylıq əməkhaqqı nə qədərdir?
Məsələ ilə bağlı bir neçə universitetlə əlaqə saxladıq.
Azərbaycan Dövlət Neft və Sənaye universitetinin İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru Bəhruz Nəzərov sualımızı ətraflı cavablandırıb.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev də həmin universitetdə çalışan müəllimlərin yüksək əməkhaqqı aldıqlarını bildirib. Belə ki, əlavə olaraq xüsusi günlərdə də mükafatlandırılan əməkdaşlar il sonunda 13-cü maaş və ya aldıqları əməkhaqqının müəyyən hissəsini mükafat kimi alırlar.
Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, ştatda olan müəllimlərin dərs saatları minimum 500 saat olmalıdır. Əməkhaqqı da saat hesabı və günümüzün tələblərinə uyğun şəkildə ödənilməlidir: "Ancaq təəssüflər olsun ki, bu gün bəzi universitetlərdə bunu görmək olmur. Hətta bir sıra dövlət universitetlərində professorların maaşları 900 manat civarındadır ki, bu da çox aşağıdır".
Ekspert həmçinin vurğulayıb ki, müəllimin maaşı nə qədər yüksək olsa, o, bir o qədər savadlı kadr yetişdirməkdə maraqlı və həvəsli olacaq.
Milli.Az
XƏBƏR LENTİ
-
UEFA Mahir Emrelinin klubunu böyük məbləğdə cərimələdi
-
Vətən müharibəsi iştirakçısına Naxçıvanda yüksək vəzifə verildi
-
Marsda gözlənilməz kəşf - FOTO
-
Ağ Ev üçün 927 milyonluq plan hazırlanır
-
Sabah 29 min abonent qazsız qalacaq
-
Tanınmış xanəndə efirdə göz yaşlarını saxlaya bilmədi - (Video)
-
İngiltərə çempionu "Lester Siti" satışa çıxarıldı
-
Moldova Ruslan Əsgərovu təhvil verdi
-
Xalq artistinin dəbdəbəli bağ evi diqqət çəkdi - (Video)
-
"Beşiktaş"a transfer olunan Vlahoviç özü ilə 2 yeşik pomidor gətirib - (Video)
-
İtaliyada 8 milyonluq yaxta batdı - 4 gündür alınmışdı - (Fotolar)
-
FHN: Suda boğulmaların əsas səbəbləri bunlardır
-
"Toxumçuluq haqqında" qanun təsdiqləndi
-
Yeni və tam təmirli mənzil almaq istəyənlərin nəzərinə
-
Amaliya Pənahovanın qılıncı satışa çıxarıldı - (Foto)
-
"Dinamo Kiyev" əfsanəsi: "Qarabağ" fırtına qoparan həmin komanda deyil"
-
Fabyen Bartezin yeni iş yeri bəlli oldu
-
“Yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac başlayacaq”
-
Qarayara xəstəliyi ilə bağlı vəziyyət nəzarətə götürüldü - 3 qurum birgə məlumat yaydı
-
Hava pisləşəcək: Güclü leysan, çaylardan sel keçəcək
-
Messi: “Ayaqlarımda daha güc qalmayıb"
-
Canlı yayımda söyüş söyən tiktoker saxlanıldı
-
6 yeni ekspres marşrutu avqustun 14-dən fəaliyyətə başlayır
-
Fransanın ikiüzlülüyü utandırıcıdır - Arakçı





