Təhsil

Bu kolleclərə direktorlar təyin olundu

5 İyul 2024 17:53
Baxış: 685
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kolleclərə yeni direktorlar təyin olunub.

Milli.Az xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Şəhriyar Laçınov Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecinə, Sevinc Həmzəyeva Qida Sənayesi Kollecinə və Davud Davudov Maliyyə-İqtisad Kollecinə direktor təyin edilib.

Ş.Laçınov 3-cü "Yüksəliş" müsabiqəsinin finalçısıdır. O bu təyinatadək Elm və Təhsil Nazirliyinin Kadrların peşəkar inkişafı sektorunun müdiri vəzifəsində çalışıb.

D.Davudov 2020-cü ildən etibarən Milli Avasiya Akademiyasında müəllim olaraq fəaliyyət göstərib. 

S.Həmzəyeva bu təyinatadək Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Qida Sənayesi Kollecində tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.