Ali məktəblərdə ballar aşağı düşəcək - Buna görə...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qəbul imtahanlarının ikinci cəhdinə sayılı günlər qalıb. Builki abituriyentləri keçənilki abituyentlərdən nə fərqləndirir? Bu il abituriyentlər üçün hansı əlavə şanslar var?
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Elçin Süleymanov bildirib ki, elmi statistik göstəricilər hələ elan olunmasa da, buraxılış və qəbul imtahanlarında maksimal nəticə əldə edənlərin sayının keçən ilə nisbətən artıq olduğunu görürük:
"Bu il dövlət sifarişli yerlərin artırılması fonunda yəqin ki, bir çox istisasda ballar aşağı düşəcək. Çünki magistratura imtahanında da bunun şahidi olduq. Bu imtahanda bir çox ixtisas üzrə ballar əvvəlki ilə görə enmişdi. Bunun əsas səbəbi plan yerlərinin artırılması ilə bağlıdır. Amma keçən il və bu il arasında bir-birindən ciddi şəkildə fərqlənən nüans var, deməzdim".
Ekspertin sözlərinə görə, sadəcə 700 bal toplanması məsələsi cəmiyyətdə müəyyən qədər çox müzakirə olunur:
"Düşünürəm ki, bu, düzgün yanaşma deyil. Burada bal aralığına baxılmalıdır. 2024-cü illə 2023-cü ilin müqayisəsi daha uyğundur. Bir sualın səhv yazılması, ümumi kontekstdə nəticənin geriləməsi demək deyil. Məsələn, 200 baldan aşağı toplayanların sayına 500 baldan yuxarı toplayanların sayı kimi qruplaşdırıb baxmaq lazımdır. Bununla bağlı ətraflı təhlili Dövlət İmtahan Mərkəzi (DİM) bir neçə ay sonra açıqlayacaq. Abituriyentlərin sayı və ayrılan plan yerlərini diqqətə alsaq, ballarda müəyyən qədər azalma olacaq".
E.Süleymanov qeyd edib ki, bu il abituriyentlərin seçiminə təsir edən başqa bir nüans isə 2 yeni universitetin fəaliyyətə başlamasıdır:
"Xankəndidə açılacaq Qarabağ Universiteti kifayət qədər güclü təbliğatı ilə cəmiyyətdə müsbət qarşılanır. Orada tələbələrə müəyyən güzəştlər və digər şəkildə dəstəklər veriləcək. Dolayısıyla artıq prosesə ciddi bir oyunçu da qoşulur. Eyni zamanda Azərbaycan-Türkiyə Universiteti də bu il ilk dəfə öz qapılarını tələbələlər üçün açacaq. Ona görə də universitetlər arasında müəyyən rəqabət mühiti formalaşacaq. Bunun ballara necə təsir göstərəcəyini yaxın günlərdə biləcəyik".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
XƏBƏR LENTİ
-
- Sürücülərin diqqətinə: Bu prospektdə təmir aparılacaq
-
Azərin anasını belə təbrik etdi - (Video)
-
“Kirayə götürmüşük” dediyi qızıllar odunluqdan çıxdı - (Video)
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
İsmayıllıda qəza - Ölən var
-
Azərbaycanlı aktyor qızı ilə - (Foto)
-
“Real” Madrid derbisində darmadağınla qalib gəldi
-
Qoz yağının faydaları - necə istehlak edilməlidir?
-
Astarada ilk kivi yığımı başladı - (Video)
-
Azərbaycanlı məşhurların arxiv görüntüləri müzakirə yaratdı - Ən çox kim dəyişib? - (Fotolar)
-
Türkiyə mətbəxindən haydari resepti
-
Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur
-
Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
-
Sürücülər bu mahnılara qulaq asmasın
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Psixoloqlara görə, soyuducuya maqnit asmaq bunu bildirirmiş
-
Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - (Video)
-
Günün qoroskopu: İntuisiyanız məntiqinizi üstələyəcək
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi





