Təhsil

Turxan Süleyman yeni vəzifəyə təyin olundu - FOTO

8 Dekabr 2023 16:15
Baxış: 1 068
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Birinci "Yüksəliş" müsabiqəsinin qalibi Turxan Süleyman Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Turxan Süleyman Elm və ali təhsil siyasəti şöbəsinin müdiri vəzifəsinə təyin olunması ilə bağlı müvafiq əmr imzalanıb.

Qeyd edək ki, 35 yaşlı şöbə müdiri Bakı Slavyan Universitetinin bakalavr, Bakı Dövlət Universitetinin magistratura və doktorantura məzunudur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş müəllim və şöbə müdiri vəzifəsində çalışıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.