Təhsil

Bu universitetlər akkreditasiyadan keçmədi - Aqibəti necə olacaq?

2 Noyabr 2023 11:11
Baxış: 1 178
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cari ildə 13 ali təhsil müəssisəsinin akkreditasiya qiymətləndirilməsinin keçirilməsi nəzərdə tutulub, onlardan 10-da bu proses yekunlaşıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib.

Qeyd edilib ki, digər üç ali təhsil müəssisəsində ("ADA" Universiteti, ATU, BMU) isə akkreditasiya prosesi davam edir.

"Akkreditasiya prosesi yekunlaşan ali təhsil müəssisələrindən yeddisinin nəticələri (AzTU, BDU, UNEC, ADPU, LDU, AzMİU, Xəzər Universiteti) Akkreditasiya Şurası tərəfindən "əsasən uyğundur" hesab edilərək növbəti 5 il üçün akkreditə olunmuşdur. SDU, BDU Qazax filialı və ADİU Zaqatala filialının qiymətləndirmə nəticələri Akkreditasiya Şurası tərəfindən "qismən uyğundur", "uyğun deyil" hesab edilərək bir ildən sonra yenidən akkreditasiya olunmaları barədə qərar qəbul edilib", - deyə bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.