“Startap” şəhadətnaməsi almış sahibkarların sayı 25-ə çatdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 6 KOB subyektinə "Startap" şəhadətnaməsi verilib. Bununla da "Startap" şəhadətnaməsi almış KOB subyektlərinin sayı 25-ə çatıb.
"Startap" şəhadətnaməsi "Buta Vending" MMC-nin avtomatlaşdırılmış ticarət köşklərinin istehsalı və satışı, "Cusperco" MMC-nin xidmət təhcizatçıları üçün "www.azdo.az" platforması, "Payriff" MMC-nin onlayn ticarət üçün "www.payriff.com" ödəniş aqreqatoru, fərdi sahibkar Əliağa Ağayevin səhiyyə müəssisələri üçün proqram təminatı, "Oxuyan" MMC-nin onlayn imtahanların təşkili üzrə "www.oxuyan.az" platforması və fərdi sahibkar Fərid Fərmanovun biznes subyektlərində elektron idarəetmənin təşkili üçün bulud tipli proqram təminatı "www.bein.az" layihəsi üçün təqdim edilib.
"Startap" şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri "Startap" şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Selahattin Paşalının yeni işi
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
Xınalıq yolunda sürüşmə olub - (Video)





