İqtisadiyyat

Azərbaycan vətəndaşları Türkiyədə nə qədər daşınmaz əmlak alıb?

13 Oktyabr 2021 15:24
0 Şərh     Baxış: 1 026

2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 1 020 daşınmaz əmlak obyekti satın alıblar ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 137 obyekt daha çoxdur.

Milli.Az Trend-ə istinadən bildirir ki, 2021-ci ilin sentyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 162 daşınmaz əmlak obyekti alıblar ki, bu da 2020-ci ilin sentyabrından 21 obyekt azdır.

2021-ci ilin sentyabr ayında Türkiyədə 147 143 əmlak satılıb ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 7,6 faiz çoxdur.

Sentyabrda Türkiyədə 6 630 əmlak əcnəbilərə satılıb ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 25,8 faiz çoxdur.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.